Gürcüstan parlamentinin binası qarşısında böyük mitinq iyunun 20-də 19:00-da başlayıb. Etiraza səbəb səhər parlamentin iclas zalında Parlamentlərarası Pravoslav Assambleyasının iclasının keçirilməsi və iclası Gürcüstan parlamentinin sədri kürsüsündən Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun açması oldu. Bu, həm müxalifət, həm də cəmiyyətin narazılığına səbəb oldu. İnsanlar Rustaveli küçəsində toplaşmağa başladı.
Jurnalistlərin dediyinə görə, aksiyada azı 30 min adam toplaşmışdı. Aksiya siyasətçilər tərəfindən təşkil olunmasa da burada müxalif partiyaların liderləri və ictimai fəallar da varıydı.
Nümayişçilərin bir hissəsi müxalif “Milli hərəkat”ın lideri Nika Meliya(hərəkat Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılıb) tərəfindən irəli sürülən ultimatumun müddəti bitəndən sonra binanın heyətinə soxulmağa cəhd göstərdi. Meliya parlament sədri. DİN və Dövlət Təhlükəsizliyi başçılarının istefasını tələb edib.
İlk qarşıdurmalar başladı. Polis dəyənək və rezin güllərlərdən istifadə etdi, sonradan gözyaşardıcı qazdan da istifadə etməyə başladı. İlk yaralananlar oldu. Nümayişçiləri bir neçə xüsusi təyinatlının əlindən qalxan və dəyənəklərini aldı, bir neçə xüsusi təyinatlını da əllərində mitinqdən uzaqlaşdıra bildilər.
Bir neçə saat ərzində xüsusi təyinatlı dəstə nümayişçiləri parlament binasından qaz və rezin güllərin köməyilə uzaqlaşdırmağa çalışsa da, buna müvəffəq olmadı. Bundan sonra polis və texnika Rustaveli prospektini təmizləməyə başladı.
Nümayişçilər xüsusi təyinatlılara daş atırdılar. Polis onları Rustaveli prospekti boyu təqib etməkdə davam etdi.
Nəticədə səhərə yaxın xüsusi təyinatlılar nümayişçiləri prospektdən tamamilə uzaqlaşdıra bildilər. Çox sayda nümayişçi saxlanıldı. Onları dəqiq sayı məlum deyil.
Yaralılanların sayı da dəqiq məlum deyil – amma yüzlərlə olduğu bildirilir. Tibb işçilərinin sözlərinə görə, rezin güllə ilə gözlərindən vurulanlar çox güman ki, gözlərini itirib.