Onun ən məşhur işi çariça Tamarın abidəsidir. Bu, çariça Tamarın Gürcüstandakı ilk heykəlidir. Bu heykəl 19 il əvvəl Axaltsixi şəhərində ucaldılıb. Usta heykəltəraş hündürlüyü 4 metr olan abidəyə 78 ton daş sərf edib. Foto: Malxaz Berdzenişvili, JAMnews
Boris Payçadzenin “Dinamo-Arena” qarşısında ucaldılan bürünc heykəli də bu emalatxanada hazırlanıb. Vitali Daraseliyanın Futbol Akademiyasının divarındakı relyefi, sambo üzrə dünya çempionu Arçil Çoxelinin heykəli də. İvane idmanı çox sevir. Foto: Malxaz Berdzenişvili, JAMnews
2008-ci il müharibəsində həlak olan döyüşçülərin xatirəsinə həsr olunmuş əsəri İvanenin evinin yanındakı bağçada ucaldılıb. Müəllif bu işini “Amiran” adlandırıb. Abidənin üzərində ikibaşlı qartal və zəncirlənmiş Amiran təsvir olunub. Foto: Malxaz Berdzenişvili, JAMnews