Yunanıstandan gələn Rotting Christ ekstremal metal-qrupunun üzvləri bildirirlər ki, Tbilisi aeroportunda onları satanistlikdə və terrorçuluqda şübhəli bilərək 12 saat saxlayıblar. Musiqiçilər güman edirlər ki, qruplarının adı da onların saxlanmasının səbəbi ola bilər, Rotting Christ tərcümədə “Çürüyən Məsih” mənasını verir. Bu haqda məlumatı öz Facebook səhifəsində Season of Mistleybeli yerləşdirib.
Qrup üzvlərinin sözlərinə görə, pasport nəzarətindən keçən zaman onların sənədləri ilə təhlükəsizlik xidməti maraqlanıb.
“Qardaşımla məni polis saxlayıb, dindirməyə dəvət etdi”, – qrupun solisti Sakis Tolis deyib. – “Pasportlarımızı və mobil telefonlarımızı əlimizdən aldılar, özümüzü də barmaqlıq arxasına saldılar. Bizim izahat verilməsi ilə bağlı xahişimizin cavabında bildirdilər ki, məlumat məxfidir. Daha sonra vəkillər bizə dedilər ki, biz Gürcüstan xüsusi xidmət orqanlarının “arzuolunmazlar” siyahısına daxil edilmişik”.
Qrup üzvlərinin sözlərinə görə, onları heç bir izahat vermədən həbsxanaya – “xarici aləmdən təcrid olunmuş iyrənc balaca qəfəsə” salıblar.
“Bizi agentimizin, gürcüstanlı hüquqşünasların, jurnalistlərin və fəalların böyük səyləri sayəsində azadlığa buraxdılar. Bunda iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk. Biz çətinliklərin öhdəsindən gəlib şou ilə çıxış elədik. Bütün gürcüstanlı metalist qardaşlarımıza göstərdikləri dəstəyə görə təşəkkür edirik”.
Daxili İşlər Nazirliyində saxlanma faktını inkar edir və bildirirlər ki, qrup üzvlərinin prosedur qaydalarına uyğun yoxlanması həyata keçirilib, amma bu yoxlamanın nə qədər zaman davam etdiyini dəqiqləşdirmirlər.
Yunanıstanın Rotting Christ blek-metal-qrupu 1987-ci ildə yaranıb. İndi qrup yeni albomunun təqdimatı ilə bağlı turnedədir. Gürcüstanda baş verən naxoş hadisələrə baxmayaraq, musiqiçilər paytaxt klublarından birində çıxış ediblər. “Bu unudulmaz axşan idi”, – qrup üzvləri konsert haqda yazıblar. Qrup Gürcüstandan Ermənistana yola düşüb.