Tbilisidə Rusiyanın prezident qrantları fondundan maliyyələşən media-foruma qarşı etiraz edirlər
“Rusiya işğalçıdır” — müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri Tbilisinin mərkəzində, “Vere Palas” mehmanxanası qarşısında bu şüar altında aksiya təşkil ediblər.
Aksiya iştirakçıları Gürcüstanda Rusiyanın prezident qrantları fondundan maliyyələşən, Rusiya nümayəndələrinin iştirakı ilə media-forumun keçirilməsinə qarşı etiraz edirlər. Onlar hesab edirlər ki, tədbirin məqsədi Rusiya təbliğatını yaymaqdır.
“Rusiya işğalçıdır, Rusiya öldürür”, — aksiya iştirakçılarından biri “Cənubi Qafqaz media-forumu”nun iştirakçısı, rusiyalı jurnalist Dmitri Kosırevə bu sözlərlə müraciət edib. Kosırev də cavab verib ki, “kimin kim tərəfindən işğal olunmasından” xəbərsizdir.
“Rusiya işğalçıdır” vətəndaş hərəkatının nümayəndələri Gürcüstan hakimiyyətini “Rusiyanın yumşaq gücünə” özünü Gürcüstanda azad hiss etməsi və Putinin siyasətini dəstəkləyən təbliğatçı forumlar keçirməsi üçün şərait yaratdığına görə tənqid edir.
Aksiya iştirakçıları ərazidə səhnələşdirilmiş performans keçiriblər, onların sözlərinə görə, bu şou “Putin siyasətini yürüdən” insanları sevinclə qarşılayan Gürcüstan hakimiyyətinə şarjdır.
əşkilatçıların qeyd etdiyi kimi, “Etimadın bərpa olunması işində KİV-in rolu” adlı forumda Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstandan jurnalistlər və bloqerlər iştirak edir. Beynəlxalq Cənubi Qafqaz media-forumu Tbilisidə sentyabrın 7-nə qədər davam edəcək. Media-forumun fokusunda: “regional siyasi mədəniyyətin xüsusiyyətləri, Cənubi Qafqaz dövlətlərinin mətbuatının fəaliyyətində aktual trendlər, həm də regionda münaqişələrin aradan qaldırılması və sabitliyin möhkəmləndirilməsində media cəmiyyətinin potensialı”dır.
Media-forumun təşkilatçıları Rusiyanın “Şimal-Cənub” Politoloji Mərkəzi, “Sodrujestvo” mətbuat klubu və “Gürcüstan və dünya” qəzetidir. Gürcüstanın qərbə qarşı ən aqressiv internet nəşrlərindən biri olan bu qəzet də Rusiyanın prezident qrantları fondundan maliyyələşir.
Forumun gündəliyinə artıq bəzi dəyişikliklər edilib, iş orasındadır ki, bir gün əvvəl Moskvadan gələn Rusiya nümayəndə heyətinin üç üzvünü işğal haqqında qanunu pozdurlarına görə Gürcüstana buraxmayıblar.
Gürcüstan paytaxtının aeroportunun sərhəd nəzarətindən “İzvestiya” qəzetinin və TASS agentliyinin hərbi şərhçisi Viktor Litovski, Rusiya cəmiyyəti tədqiqatçıları assosiasiyasının beynəlxalq şurasının (АИРО-XXI) prezidenti Gennadi Bordüqov və Rusiya XİN-nin MDBMİ Beynəlxalq Tədqiqatlat İnstitutunun baş elmi işçisi Aleksey Tokarev keçə bilməyib.
Sonuncu Gürcüstana yollanarkən özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində hətta zarafatla bildirib ki, özüylə araq və kürü şəklində “stereotiplər” də götürüb.
Hakim partiyada Gürcüstanda bu cür forumların keçirilməsində heç bir təhlükə görmürlər. Parlament vitse-spikeri Giya Volskinin fikrincə, Rusiyadan heç bir jurnalist və ekspert Gürcüstan hakimiyyətinin kursuna təsir edə bilməz:
“Heç bir təhlükə yoxdur. Bizim milli mövqeyimizi gözəl bilirsiz. Heç bir jurnalist və ya politoloq Gürcüstan hakimiyyətinə heç bir təsir edə bilməz. Hətta bu forumda hər hansı tədbirlər həyata keçirilsə belə, hara ki, mən yeri gəlmişkən, getmək fikrində deyiləm, burada qorxulu heç nə görmürəm”, — Volski “Exo Kavkaza” saytına bildirib.
Müxalifət tam fərqli fikirdədir. “Avropa Gürcüstanı”nın nümayəndəsi Georgi Kandelakinin sözlərinə görə, indiki hakimiyyətin vaxtında “Kremlin təbliğat maşını”nın nümayəndələrinə Gürcüstan ərazisində fəaliyyət göstərmək üçün bütün şərait yaradılıb:
“Gürcüstan arzusu”nun hakimiyyəti zamanı Rusiya təbliğatı nümayəndələri problemsiz Gürcüstana gələ bilir, onlar özlərini Tbilisidə çox rahat hiss edir. Və təbii ki, əgər onların arasında “İşğal olunmuş ərazilər haqqında” qanunu pozan varsa, belələri də ekspert adlananlar arasında var, onlar Gürcüstan ərazisinə buraxılmamalıdır”.