Tbilisidə nə baş verir? Niyə insanlar parlamentin qarşısında rəqs edirdi?
Tbilisidə “Ağ küy” ictimai hərəkatının fəalları mayın 13-də Tbilisidə, parlament qarşısında yenidən etiraz aksiyası keçirməyi vəd edirlər, “Rustavi-2” telekanalı xəbər verir.
Hərəkat lideri Beka Tsikarişvili bəyan edib ki, bu qərar “vəziyyətin gərginləşməsinə imkan verməmək üçün” qəbul edilib.
Nəhayət, Tbilisidə nə baş verir?
«B
iz birlikdə rəqs edirik və birlikdə azadlığımız uğrunda mübarizə aparırıq” – bu şüar altında minlərlə gənc mayın 12-də günorta saat 3-dən Tbilisidə Gürcüstan parlamenti qarşısında Rustaveli prospektində toplaşaraq baş nazir Kvirikaşvili və daxili işlər nazirinin istefasını tələb edib.
Bu, polisin mayın 11-dən 12-ə keçən gecə Tbilisinin bir neçə gecə klubunda narkotik satıcılarını və istifadəçilərini üzə çıxarmaq məqsədilə həyata keçirdiyi reydə cavab idi.
Axşam daha çox gəənclərin qatıldığı mitinqə di-cey gəlib və elektron musiqi səsləndirib. Aksiya musiqi və rəqslər fonunda davam edib. Axşam saat 11 radələrində parlament qarşısında çadır qurmağa başlayıblar. Güclü yağış və küləyə baxmayaraq, axşama doğru parlament qarşısında daha çox insan gəlib.
Mayın 13-ü səhər tezdən Tbilisi mərkəzində sakitlik olub. Bir gün öncə aksiya iştirakçılarının quraşdırdığı çadırları patrullar söküb. Sözlü münaqişə zamanı üç nəfər ictimai asayişi pozması səbəbilə saxlanılıb.
Gecə klublarında xüsusi əməliyyat
Mayıb 12-də gecə saat 1-də Tbilisidə eyni zamanda iki populyar gecə klubuna maskalı və silahlı xüsusi təyinatlılar basqın edib. DİN-in məlumatına görə, narkotik satışına qarşı xüsusi əməliyyat keçirilib. “Rustavi-2” telekanalının yayımladığı kadrlarda insanların zorla gecə kliblarından çıxarıldığı görünür. Bəzilərinin əynindəki paltarlar cırıq olub; canlı yayımda onlarla insanın saxlanıldığı nümayiş olunub. Tbilsinin ən populyar gecə klubu “Basiani”nin yaradıcılarından bir neçəsi də saxlanılanlar arasında olub, klub isə bağlanıb və möhürlənib.
“Basiani”də olan şahidlər jurnalistlərə danışıblar ki, polislər kobud davranır və özləri klub ərazisinə narkotik vasitələr səpirmiş.
DİN-in mövqeyi və xüsusi əməliyyatla bağlı suallar
DİN-in yaydığı bəyanatda deyilir ki, “narkotiklərin satışı ilə bağlı faktları ortaya çıxarmaq üçün üç ay ərzində intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib” və “mayın 12-də xüsusi əməliyyat nəticəsində Tbilisi klublarında lazımı istintaq hərəkətləri keçirilib, bunun da nəticəsində səkkiz nəfər natkotik alverçisi saxlanılıb”.
Gürcüstan DİN-də hesab edirlər ki, saxlanmış narkotik alverçiləri adı çəkilən klublarla “sıx əlaqədə” olublar.
Gürcüstan DİN-in mətbuat xidmətinin yaydığı əməliyyat çəkilişlərinin kadrlar. Videoda Bassiani və Cafe Gallery klublarının içində və Tbilisinin mərkəzi küçələrində yoxlama məqsədli narkotik alveri əks olunub
Narkotiklərə qarşı reydi qurum mayın əvvəlində Tbilisidə baş verən “gənc insanların faciəvi ölümü faktları” ilə əlaqələndiriblər. Bu hadisələr zamanı naməlum narkotik istifadəsindən sonra 5 nəfər ölüb, 10-a qədər insan ağır intoksikasiyaya məruz qalıb.
“Maraqlıdır ki, bütün bu faktlar klubları ziyarət edəndən sonra baş verib. Bundan bağqa, klublara təcili tibbi yardım çağırışları da xeyli sayda artıb”, – nazirlikdən bildirilib.
DİN eyni zamanda vurğulayıb ki, “Gürcüstanda klub mədəniyyətinin inkişafını dəstəkləyirlər”, klubları bağlamaq niyyətində deyillər və “hər bir klubun fəaliyyətinin davamı məsələsinin həlli klub sahiblərinin səlahiyyətinə daxildir”.
Amma xüsusi əməliyyatla bağlı çox sayda sual var. Gürcüstanın xalq müdafiəçisi bütün gün ərzində hadisələri izləyib. Onun bildirdiyinə görə, narkotik satışında şübhəli bilinənləri polis klublarda yox, kənarda, həm də xüsusi əməliyyat başlanmazdan əvvəl saxlanılıb.
Buna görə də ombudsmen DİN-dən klublara niyə silahlı xüsusi təyinatlıların girdiyinə dair izahat tələb edir.
Gənclərin cavabı
Bassiani və Cafe Gallery klublarına polis reydlərinə cavab olaraq dövlətin narko-siyasətinin liberallaşması tərəfdarı olan “Ağ küy” ictimai təşkilatının nümayəndələri paytaxtın mərkəzində iri miqyasdı etiraz aksiyası təşkil ediblər.
Fəallar hakimiyyətin əməllərini “güc nümayişi”, “paytaxtın klub həyatına qarşı mübarizə” və “SSRİ-ə qayıdış” adlandırırlar.
Tbilisidə mayın 12-i səhər saatlarından artıq kor-təbii etiraz aksiyaları başlayıb. Gənclər Bassiani klubundan parlament binası qarşısına yer dəyişiblər.
Mayın 12-i günün birinci yarısında mitinqçilərin əsas tələbi DİN rəhbəri Georgi Qvaxariyanıın istefası və klub ziyarətçilərinə qarşı zorakılıq tətbiq edən polislərin cəzalandırılmasından ibarət idi.
Aksiya iştirakçıları həmçinin baş nazir Georgi Kvirikaşvilinin axşam saat 10-a qədər bəyanatlla çıxış etməsini və baş vermiş olayları dəyərləndirməsini də tələb edirdilər.
Amma Kvirikaşvili gənclərin tələbinə cavab verməyib.
Səs-küylü xüsusi məliyyatdan 24 saata yaxın vaxt keçəndən sonra baş nazirin mətbuat xidməti açıqladı, Kvirikaşvili heç bir bəyanat vermək niyyətində deyil. Bundan sonra mitinqçilər onun da istefasını tələb etdilər.
“Bu artıq narko-siyasətə qarşı aksiya deyil. Bu aksiya bizim də sistemin insandan vacib olduğu Şimali Koreyada və Rusiyadakı kimi yaşamamağımız üçündür”, – aksiya iştirakçılarından biri tele-müsahibəsində deyib.
“Dünən cümə axşamı idi və mən də klubda ola bilərdim. Mən çox vaxt “Bassiani”yə gedirəm – ağır iş həftəsindən sonra bu, ən yaxşı dincəlmək vasitəsidir. Bir qədər içib, rəqs etməklə mən kimə nə pislik edirəm ki? Niyə silahlı polis ora soxulub, məni küçəyə qovmalıdır?” – 27 yaşlı Nino sual edir.
“Rusiyada belə edirlər gecə klublarında insanlara hücum edir və mitinqlərdə onları saxlayırlar. Əgər biz indi səsimizi qaldırmasaq, bizdə də Rusiya kimi avtoritar ölkə olacaq”, – 39 yaşlı İrakli bildirir.
Cəhənnəm zəbaniləri, yoxsa mütərəqqi gənclər?
Gürcüstanda gənclərin parlament qarşısındakı etirazına münasibət birmənalı deyil.
Facebook şərhlərində çoxları etiraz etməyə çıxan bu gəncləri “barıqaları ört-basdır edən narkomanlar” adlandırır.
Mitinqçilərin düz 9 aprel memorialında rəqs etməsi də narazılığa səbəb olub. Bu məkan Gürcüstan sakinlərinin əksəriyyəti üçün çox həssas məsələdir. 1989-cu il aprelin 9-da sovet ordusu tanklardan və zəhərləyici qazdan istifadə edərək Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda dinc mitinq edən minlərlə insana divan tutub. Həmin gün 21 nəfər həlak olub.
“Məgər insanlar aprelin 9-da belə gənclərdən ötrü həlak olublar? Onlar memorialı təhqir etməyə necə cəsarət edirlər?!”
Amma cəmiyyətin liberal hissəsi etirazları dəstəkləyir və hesab edir ki, dövlət müstəqil gənclərlər sovet və Putin metodları ilə mübarizə aparır.
“Bu, narkotiklərə qarşı mübarizə deyil, bu, öz gənclərinə qarşı mübarizədir”, – Facebook-da yazıblar.
Məsələnin siyasi tərəfi
Cəmiyyətin liberral hissəsi və bir çox hüquq müdafiəçiləri hesab edirlər ki, klublara anti-narkotik reydləri polisin və dövlətin yüngül formada narkotiklərin leqallaşdırılmasını və dekriminallaşdırılmasını tələb edən gənclərə cavabıdır. Onlar əmindirlər kki, dövllər güc nümayiş etdirib.
Çoxları xüsusi əməliyyatı həmçinin “kölgə hakimiyyəti” nüfuzuna sahib olan milyarder Bidzina İvanişvilinin siyasətə qayıtması ilə də əlaqələndirib. 2012-ci ildə o və koalisiyası pparlament seçkilərində Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyasını məğlub edib, ölkə hakimiyyətinə gəldi. İvanişvili o zaman baş nazir oldu, amma bir müddət sonra bu vəzifədən getdi, buna baxmayaraq, Gürcüstanda çoxları hüsab edir ki, o, hələ də qeyri-rəsmi olaraq ölkəni idarə edir.
Mayın 11-də, reyddən bir gün öncə hakim “Gürcü arzusu” partiyasının qurultayında Bidzina İvanişvili partiya sədri seçilib, bu da onun rəsmən siyasətə qayıtması anlamına gəlir.
Bu nöqteyi-nəzəri dəstəkləyənlərin fikrincə, polis əməliyyatının əsas məqsədi narkotik alverçiləri ilə mübarizə deyil, siyasi nüfuzunu gücləndirmiş Tbilisi meri Kaxa Kaladzeni gözdən salmaqdır. Sonuncu Tbilisinin gecə həyatını və gecə klublarının inkişafını fəal şəkildə dəstəkləyir, həmçinin narko-siyasətin liberallaşması tərəfdarıdır.
Kaladze xüsusi əməliyyatla bağlı reydlərdən demək olar ki, bir sutka sonra bəyanat verib. Amma yenə də o, bu haqda ictimaiyyətə açıqlama verməyə cəsarət edən ilk hökumət nümayəndəçsi olub.
“Bizim komandamız üçün əsas dəyərlər insan və insan həyatıdır”, – Kaladze deyib. – “Biz gecə iqtisadiyyatının və klub həyatının inkişafına maksimum dəstək verəcəyik. Amma bizim qardaşlarımız və bacılarımız ölür, mən əminəm ki, hazırda parlament qarşısında toplaşan həmin gənclər narkotik alverinə qarşı mübarizədə bizim yanımızda duracaqlar. Mən sizə onlarla birlikdə mübarizə aparmağı təklif edirəm”, – Tbilisi meri deyib.
Sonra o əlavə edib ki, “Ağ küy” ictimai hərəkatının fəallarının Gürcüstanın baş nazir Georgi Kvirikaşvilinin istefası ilə bağlı tələbi “emosional fonda edilmiş bir şeydir”.
Kaladze Tbilisinin gecə iqtisadiyyatının inkişafı ilə əlaqədar öz layihəsini fəal şəkildə təbliğ edir. Mer Nyu York, Paris, Barselona, Berlin və London təcrübəsini istifadə edərək Gürcüstan paytaxtını “7/24 rejimində yaşayan şəhərə” çevirəcəyini vəd edir.
Kaladze hesab etmir ki, dünənki xüsusi əməliyyat onun iddialı planlarına nə cürsə təsir edə və ya Tbilinin klub səhnəsinə zərər yetirə bilər.
“Bunun gecə iqtisadiyyatına, iqtisadiyyatın inkişafına zərbə olduğu ilə bağlı spekulyasiya gedir, mən bununla razı deyiləm. Bunun klub musiqisi və bu sahəyə zərbə olduğu ilə də razılaşmayacaq. Bütün məsuliyyəti ilə bəyan edirəm ki, gecə iqtisadiyyatı mütləq inkişaf edəcək və uğurlu olan klub səhnəsi mütləq gücləndiriləcək. mənim tərəfimdən maksimum təşviq və dəstək olacaq”, – o deyib.
Jurnalistin “xüsusi təyinatlıların ziyarətçilərlə dolu kluba basqınını qəbuledilən hesab edirmi” sualına cavab verərkən Kaladze bildirib ki, “forma polemika mövzusu ola bilər”.
Tbilisinin gecə həyatı
Son beş il ərzində Tbilisidə andeqraund klublar və gecə həyatı daha çox populyarlaşıb. Bassiani şəhərin ən populyar və ən böyük klubblarından biridir, tez-tez Berlin klubları ilə eyni sırada ən yaxşı Avropa klubları reytinqinə düşür.
Tbilisinin uğurlu gecə həyatı haqda məşhur andeqraund-nəşrləri yazır.
Tbilisi şəhərinin meri Kaxa Kaladze dəfələrlə bəyan edib ki, paytaxtın uğurlu klub həyatında nəhəng turist potensialı var.
Andeqraund musiqisi pərəstişkarlarının ən böyük birliyi olan Boiler Room-un Facebook səhifəsində Tbilisi aksiyası haqda video yerləşdirilib. “Tbilisidəki uşaqlar susmaq fikrində deyil” – video bu yazı ilə təqdim olunub.
“Ağ küy”ün mitinqini BBC və Reuters də daxil olmaqla aparıcı dünya mediası işıqlandırıb.