Tbilisinin kükürd hamamlarının işçiləri su təchizatı tariflərinin əhəmiyyətli dərəcədə artması – 71 tetridən 90 tetriyə qədər qalxması ilə əlaqədar etiraz aksiyası keçirdilər. Bu, Gürcüstanda su ilə bağlı qəbul edilən maksimal tarifdir. Tbilisini su ilə təchiz edən “Gürcüstan su kanalı suyun mövcud tarifinə həm də axar geotermal suyun təmizlənməsinin qiymətini də əlavə etmək qərarına gəlib.
Hamam sahibləri bildirirlər ki, kükürd hamamlarında su mütləq axar olmalıdır və yeni tarifi ödəmək onların imkanı xaricindədir. Onlar yaranan vəziyyətin müzakirəsinə hakimiyyət nümayəndələri və Tbilisi meriyasının da qoşulmasını tələb edirlər.
Əks halda Abanotubani rayonunun bütün kükürd hamamları martın 17-də bağlanacaq.