Sentyabrın 21-dən Tbilisi küçələrində gecə avtobusları işləməyə başlayacaq.
Hakimiyyətin yeni təşəbbüsü Gürcüstan paytaxtının “gecə iqtisadiyyatını” inkişaf etdirmək üçün lazımdır. İndi bələdiyyə avtobusları sərnişinlərə cümə və şənbə gecələrində də xidmət göstərəcək – “Novosti-Qruziya” yazır.
İlk mərhələdə 222 saylı avtobus gecəyarısından səhər saat 6-a qədər işləyəcək. Onun marşrutu “Teatr Axmeteli” metrostansiyasından başlayıb “Varketeli” metrostansiyasında bitir.
“Pilot layihədir və əgər özünü doğrultsa, bir ay sonra mütləq başqa reysləri də əlavə edəcəyik. Gecə avtobusu yalnız turistlər üçün yox, gecə saatlarında işləyən, gedib-gəlməyə məcbur olan insanlar üçün də mühüm və rahat olacaq”, – mer müavini Sofiya Xuntsariya bəyan edib.
“Gecə iqtisadiyyatının inkişafı” layihəsinin rəhbəri Sergi Qvarcaladzenin sözlərinə görə, 222 saylı marşrut gecə saatlarında şəhərin ən canlı hissələrindən keçir:
“Bu avtobus şəhərin iki ən sıx əhalili hissəsni – Qldiani və Varketilini birləşdirəcək. Marşrut cümə və şənbə günləri şəhərin ən fəal mədəni mərkəzlərini əhatə edəcək. O cümlədən də Abanotubani, yenilənmiş Aqmaşenebeli prospektini”.
Qvarcaladze qeyd edib ki, ilin sonuna qədər meriya çox güman ki, gecə şəhərə hansı növ nəqlyyatın lazım olduğunu müəyyən edə biləcək.
Pilot marşrut üzrə MAN markalı avtobuslar 1 saat intervalla işləyəcək. Tarif standart olacaq – 50 tetri (təxminən 0,19 dollar). Həmçinin güzəştli tariflər də qüvvədə tətbiq ediləcək.
Gecə avtobuslarının ilk sərnişinlərini sürpriz gözləyir – avtobusda onlara gürcü və əcnədi yazıçıların kitablarını paylayacaqlar.