Bazar ertəsi, dekabrın 25-ə keçən gecə Tbilisidə, “Dinamo arena” stadionuna yaxın ərazidə yerləşən yaşayış kompleksinin mənzillərindən birində baş verən yanğın nəticəsində iki nəfər həlak olub, daha iki nəfər xəstəxanaya yerləşdirilib, Gürcüstan DİN-in Fövqəladə Halların İdarə olunması üzrə Agentliyi xəbər verir.
Qurumun məlumatına görə, xəsarət alanlardan birinin – qadının vəziyyəti qğırdır. Həlak olanlar və yaralananlar eyni ailənin üzvləridir.
Həmin gecə Gürcüstan paytaxtında başqa bir bina – şəhərin mərkəzində yerləşən Rooms Tbilisi oteli də yanıb. Bu yanğın nəticəsində heç kim xəsarət almayıb.