Tbilisidə uşaq bağçasının ikinci mərtəbəsindən uşaq yıxılıb. Müdirin reaksiyası kəskin narazılığa səbəb olub
Tbilisi kənarında Zemo Poniçala qəsəbəsində yerləşən 206 saylı uşaq bağçasının ikinci mərtəbəsinin pəncərəsindən üç yaşlı uşaq yıxılıb.
Uşaq sifət, baş travmaları və ağ ciyərinin sağ tərəfinin zədələnməsi diaqnozu ilə paytaxtın İnqorokva klinikasına çatdırılıb. Təcili yardım şöbəsinin rəhbəri Besarion Kavlaşvilinin sözlərinə görə, hazırda körpə intensiv terapiya şöbəsindədir və həyatı təhlükədə deyil.
Baş verənləri şərh edən bağça müdiri Marina Qoqoladze jurnalistlərə bildirib ki, tərbiyəçilər uşağı diqqətdən kənar qoymayıblar. Onun sözlərinə görə, “uşaq inklüziv olub” və “tərbiyəçinin əllərinin arasındanca sivişib çıxıb”.
“Hamımız orda idik, siz bilirsiz də inklüziv uşaqlar özlərini necə aparırlar. Bu uşaq əvvəl də hər gün özünü atmağa cəhd edib, nəhayət buna nail olub”, – Qoqoladze bildirib.
“İnklüziv” ifadəsinin altında müdir uşağın məhdud fiziki imkanlı olduğunu nəzərdə tutur.
Onun sözləri qeyri-etik olması səbəbilə sosial şəbəkələrdə kəskin tənqid olunub.
Tbilisi meriyası artıq uşaq bağmalarının idarə olunması Agentliyinə müraciət edərək bu uşaq bağması müdirinin və bir nemə tərbiyəçinin səlahiyyətlərinin dayandırılmasını istiyib.
- Milyon nəfərdən çox sakinin yaşadığı Tbilisidə 156 dövlət bağçası var.
- Bəzən bir qrupda 50-ə qədər uşaq toplanır. Yüklənmə bir sıra əsas problemlərdən biridir.
- Bir çox uşaq bağçasında təhlükəsizlik tədbirləri nəzərəalınmayıb.