Tbilisi merliyinə namizədlər ekoloji problemləri necə həll etmək niyyətindədir?
Oktyabrın 21-də Tbilisidə yeni mer seçiləcək. Seçkiqabağı kampaniyanın yeniliklərindən biri merliyə namizədlərin hamısının öz seçki proqramlarında ekoloji problemlər, şəhərin yaşılaşdırılması və havanın çirklənməsi məsələləri üzərində diqqət cəmləməsidir. Nə prezident seçkilərində, nə parlament seçkilərində, nə də yerli seçkilərdə ekoloji problemlər prioritet olmayıb: bu məsələnin seçkiqabağı kampaniyada belə geiş miqyasda əks olunması Gürcüstan üçün yenilikdir və bunun obyektiv səbəbləri var.
Yaşıl örtüyün azalması, nəqliyyatın nizamsız hərəkəti, keyfiyyətsiz yanacaq, sanitar normalara riayət olunmadan həyata keçirilən inşaat işləri – bütün bunlar aparıb o yerə aparır ki, getdikcə Tbilisidə yaşamaq havanın çirklənməsi üçündən təhlükəli hal alır.
Son illərdə ilk dəfədir ki, siyasi partiyalar 2017-ci il yerli özünüidarə orqanlarına seçkilər zamanı ictimai sifariş hiss ediblər: NDI-ın 2017-ci il iyul hesabatına əsasən tbilisililərin 44 faizi ətraf mühitin çirklənməsini böyük problem hesab edir. 23 faiz yaşıllaşdırma və parkların qorunması məsələsini ən vacib sayır.
[pullquote align=”right”]Havanın çirklənməsinin əsas səbəbləri yaşıl örtüyün məhv olması və köhnə, nasaz avtomobillərin buraxdığı tüstüdür [/pullquote]
Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumatına görə, Tbilisidə havanın analizi dioksid azotunun və digər təhlükəli maddələrin kəskin yüksək həddə olduğunu ortaya çıxarıb.
2017-ci il yerli özünüidarə orqanlarına seçkilər öncəsi merliyə namizədlərin hamısı öz proqramlarına Tbilisinin ekoloji problemlərinin həlli ilə bağlı vəvədlər daxil ediblər. Bununla bağlı onların planı nədən ibarətdir?
Biz ən reytinqli dörd namizədin vədləri ilə tanış olduq.
Kaxa Kaladze “Gürcü arzusu”
İqtidar partiyasının namizədi Kaxa Kaladze deyir ki, ekologiya onun üçün prioritet məsələdir.
Kaladzenin fikrincə, Tbilisidə ətraf mühiti ən çox nəəqliyyat və inşaat işləri çirkləndirir.
“Parkları, tənəffüs zonalarını mühafizə etmək və onları inkişaf etdirmək də vacibdir. Şəhərin ekoloji inkişafına vahid yanaşma lazımdır ki, bu, həqiqətən də həyata keçsin”, – Kaxa Kaladze öz seçkiqabağı proqramını təqdim edərkən bildirib.
O hesab edir ki, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün bunlar vacibdir: avtomobillərin icbari texniki baxışını tətbiq etmək, bələdiyyə avtoparkını bərpa etmək, elektromobilləri populyarlaşdırmaq, kanat yollarını inkişaf etdirmək.
Zaal Udumaşvili “Milli Hərəkat”
Bu namizəd seçkiqabağı kampaniyasında qalib gələcəyi təqdirdə Təbiəti Mühafizə Xidmətinin rəhbərinin açıq seçkidə seçilməsini təmin edəcəyinə söz verib. O vəd edib ki, keçmiş ippodromun ərazisini yaşıl zonaya çevirəcək.
“Keçmiş ippodromun ərazisini satın alıb, orada mərkəzi park salacağıq. Keçmiş zooparkın və Ortaçal “hökumət şəhərinin” də ərazisində yeni parklar salacağıq. Bağça və məhəllələri abadlaşdırıb, yaşıllaşdıracağıq. Ətraf Mühitin Mühafizəsi Xidmətinin rəhbərini ictimai şəkildə açıq seçki rejimində seçəcəyik”, – “Milli Hərəkatın” merliyə namizədi bildirir.
Kaladze kimi Udumaşvili də hesab edir ki, paytaxtda ekoloji problemlərin nizamlanması üçün avtomobillərin texniki baxışını bərpa etmək lazımdır, amma bunu məərhələli şəkildə həyata keçirmək istəyir:
“Şəhərdə mütləq saz avtomobillər hərəkət etməlidir. Yəqin ki, bu məsələyə sərt yanaşmaq olmaz. Avropa İttifaqında qəbul olunmuş himin standartlar olacaq, amma biz bir günün içində bunu tətbiq etməyəcəyik, avtomobil sahiblərinin əksəriyyətinin sosial vəziyyətini diqqətə almaq lazımdır. Yəqin ki, mərhələli hərəkət etməli olacağıq, normaları tədricən sərtləşdirəcəyik, bu da nəticədə şəhərdə yalnız saz avtomobillər hərəkət edəcək. Yollarda insanların sağlamlığı üçün təhlükəli olan avtomobillərin hərəkət etməsinə imkan vermək olmaz”, – Udumaşvili bildirib.
Elene Xoştariya “Avropa Gürcüstanı”
“Avropa Gürcüstanı” partiyasının namizədi Elene Xoştariya əsas vurğunu tənəffüs zonalarının yaradılmasına və yaşıl örtüyün bərpa edilməsinə edir. Udumaşvili kimi o da qalib olacağı təqdirdəTbilisidə mərkəzi park salacağını vəd edir.
“Mərkəzi parkdan başqa biz mütləq tənəffüs zonaları da yaratmalı, şəhərin yaşıl örtüyünü bərpa etməliyik. Məsələn, Avçalada mən arıçıların məskunlaşdığı heyrətamiz yeri görmüşdüm. Orada hər şey quruyur, ora qulluq lazımdır, o zaman bu yer möhtəşəm tənəffüs zonası ola bilər. Həmçinin Xudad meşəsi. Həmçinin dendroloji park. Qulluğa ehtiyacı olan çox yer var, o yerlərdə infrastrukturu inkişaf etdirmək lazımdır, insanlar oralara gedib çatmaq imkanları olmalıdır. Bu planları həyata keçirəndən sonra biz “boğuluram” və ya “hava yoxdur” sözlərinə yer olmayan bu şəhərdə gözəl yaşayacağıq. Tbilisini pensiyaçıların ağlamadığı, insanların işlə təmin olunduğu, havası təmiz şəhərə çevirmək mümkündür”, – Elene Xoştariya deyir.
Aleko Elisaşvili, müstəqil namizəd
Tbilisi merliyinə müstəqil namizəd Aleko Elisaşvili ekoloji vəziyyəti “fəlakət” adlandırır və problemin həlli üçün ən radikal tədbirlərin görülməsini təklif edir. Qələbə qazanacağı təqdirdə yaşıl örtüyün sahəsini dörd dəfə böyütməyə söz verir.
“Havanın çirklənməsinin 90 faiz səbəbi texniki nasaz avtomobillərin, ictimai nəqliyyatın buraxdığı tüstü ilə bağlıdır, havada kükürd dioksidi normadan üç dəfə artıqdır. Bunun nəticəsi olaraq onkoloji xəstəliklər fəlakət dərəcəsində çoxalıb. Çirklənmə və avtomobillərin buraxdığı qazla mübarizə üçün şəhərdə saz vəziyyətdə nəqliyyat hərəkət etməlidir. Yaşıllaşdırma adam başına ədədlə yox, kvadratmetrlərlə hesablanmalıdır. 80-ci illərdə Tbilisidə hər sakinə 12 kvadratmetr yaşıllıq düşürdü. Bu gün bu göstərici 3 kvadratmetrdən də azdır”, – Aleko Elisaşvili deyir və vurğulayır ki, qələbə qazanacağı təqdirdə yaşıl örtüyün sahəsini dörd dəfə artıracaq.
Digər namizədlər kimi Elisaşvili də hesab edir ki, inşaat normalarını sərtləşdirmək lazımdır.
“4 il ərzində maşınların sayını 10 min ədəd azaltmaq tamamilə realdır. Bu o deməkdir ki, havadakı karbon qazı 450 min ton azalacaq, bu da Tbilisi üçün həqiqətən də xilas yolu olacaq. Qələbə qazanacağım təqdirdə mən 4 ilə və ya bir seçim dövrünə hesablanmış layihələr həyata keçirməyəcəm. Şəhərin 20 illik inkişaf proqramı olmalıdır və bu planda maşınların sayının minimuma çatdırılması, elektrik nəqliyyatının təşviq edilməsi nəzərdə tutulacaq”, – Elisaşvili deyir.
* Tbilisi merliyinə namizədlərin rəsmi Facebook səhifələrindəki fotoqrafiyalardan istifadə olunub