Tbilisi Aİ ilə viza liberallaşmasını bayram edir
Martın 26-27-də Tbilisidə Aİ ölkələri ilə viza rejiminin ləğv olunmasına həsr edilmiş bayram tədbirləri keçiriləcək.
Tbilisi meriyasından bildirilib ki, martın 26-da Aqmaşenebeli prospektinin rekonstruksiya edilmiş pizaya zonasında tematik dekorasiyalar quraşdırılacaq. Bütün gün ərzində “Avropa küçəsinin” qonaqlarına Kulinariya Akademiyasının şef-aşpazları tərəfindən hazırlanmış gürcü və Avropa mətbəxinin yeməkləri təqdim ediləcək. 12.00-dan etibarən non-stop rejimində gürcü didceylərinin çıxışları başlayacaq. İki xüsusi uşaq meydançasında balacaları tematik oyunlar və əyləncələr qarşılayacaq. Onlardan birində daha böyük uşaqlar yola çamadan yığmağı öyrənə biləcək, dövlət sərhədini keçmə qaydaları haqda lazımi məlumatları alacaqlar. Gün bayram konserti ilə sona çatacaq.
Martın 27-də Avropa Meydanında viza liberallaşması şərəfinə instalyasiya – Gürcüstan və Avropa bayraqlarının işıqlandırılması və möhtəşəm qala-konsert təşkil ediləcək. Konsertdə həm məşhur kollektivlər, həm də solo-ifaçılar iştirak edəcək. Avropa Meydanında konsert 21.00-da baş tutacaq.
Rejimdən kim və necə istifadə edə biləcək?
[yes_list]
-
Gürcüstan vətəndaşları Şenqen zonası ölkələrində ( həmçinin, Şengen zonasına daxil olmağa hazırlaşan – Rumıniya, Bolqarıstan, Kipr və Xorvatiya kimi ölkələrdə) 90-180 gün ərazində vizasız qala və bir ölkədən digərinə səyahət edə bilər.
-
90 gündən daha çox qaldığı təqdirdə Gürcüstan vətəndaşı Şengen zonası ölkələrindən çıxarılacaq və Gürcüstana deportasiya ediləcək. Bu təqdirdə həmin vətəndaş 5 il müddətində vizasız gediş-gəliş imtiyazından məhrum olacaq.
-
Vizasız səyahət etmək üçün Gürcüstan vətəndaşından pasport, gediş –dönüş bileti, öz maliyyə vəziyyətini təsdiq edən sənəd və rezerv edilmiş otellə bağlı məlumatlar tələb olunur. Gürcüstan vətəndaşı sözügedən sənədləri konsulluqda deyil, sərhəddə təqdim edir.
-
Viza sadələşdirilməsinin iş və təhsillə bağlı uzun və qısa müddətli vizalara aidiyyatı yoxdur. Bu tip vizanın əldə edilməsi üçün konsulluğa müraciət etməlidirlər.
[/yes_list]
Hansı halda vizasız rejim dayandırıla bilər?
[yes_list]
-
Əgər Gürcüstan readmisiya məsələsində əməkdaşlıq etməzsə (Aİ-ə Gürcüstandan gəlmiş və deportasiya edilmiş öz və xarici vətəndaşların qəbulu).
-
Əgər sığınacaq axtaranların sayı hiss olunacaq qədər artarsa
-
Aİ sərhədini qeyri-leqal keçənlərin sayı kəskin artarsa.
[/yes_list]