Taun zamanı ziyafət
“Siz nə vaxtsa utanacaqsınız? Nə üçün beləsiniz? Axı nə olub, bu nə görməmişlikdi? Yəni doğrudan da siz nəyəsə etiraz etməyi, hansısa toya-bayrama “yox“ deməyi unutmusunuz? Başqa vaxtı başlayırsınız ki, biz siyasətə qarışmırıq, siz qərbpərəstsiniz, satılmısınız, deyib üstümüzə olmazın ifrat söyüşlərlə gəlirsiniz, bəs indi nə oldu? Bu dəfə demədik ki, mitinqə çıxın, etiraz edin, haqqlarınızı tələb edin. Sadəcə, evdə oturub, ailənizlə yeni ili qeyd edə bilərdiniz. Dünya dağılmayacaqdı ki?
Məşhur rəssam-karikaturaçı Gündüz Ağayev bakılılara bu cür müraciət etdi. Onun ötən istirahət günlərindəki işlərindən biri şəbəkədə yüz dəfələrlə paylaşıldı və coşğun müzakirələrə səbəb oldu. Şəkildə bu yaxınlarda “Günəşli platformasında baş verən yanğın zamanı həlak olan neftçilərin ruhları dənizdən bayram atəşfəşanlığını seyr edirlər. Atəşfəşanlıq dekabrın 31-də şəhər rəhbərliyi tərəfindən sulu qara və şiddətli küləyə baxmayaraq, Bakı bulvarında təşkil olunmuşdu.
Tükürpədən şəkil hədəfə çatdı – o bir qisim sosial şəbəkə istifadəçilərinin coşğun reaksiyasına, başqa bir qisminin də qızğın müzakirələrinə səbəb oldu. Bəziləri bu şəkildə xalqın vicdanını oyatmaq cəhdini, digərləri isə populizm və dərd çəkənlərin hissələri ilə alver etmək istəyini gördülər.
“Bu dənizdə hər yay onlarla adam boğulur, indi bəlkə orada çimməyək də?
“Bu şəkil lap ağ oldu.
‘Şəkil dəhşətli olsa da doğrudur. Və bu mesajda heç bir hədd keçilməyib. Əksinə, həddini Yeni ilin başlanması ilə bağlı hədsiz səvincdə və bulvar atəşfəşanlığında varıydı. Səmimiyyətimə görə üzr istəyirəm, amma doğrusu anlamıram ki, xüsusi sevinməli nə varıydı ki. Bircə şey sevindirir ki, qolumlarımız və yaxınlarımız sağdır və yanımızdadır. Təsəvvürümə belə gətirə bilmirəm ki, həlak olan və itkin düşənlərin qohumları bu günlərdə nə hiss edirdilər. Bu atəşfəşanlığa baxa-baxa insanlar hansı “həmrəylikdən danışırdılar anlaya bilmirəm.
İş orasındadır ki, dekabrın 31-də yalnız Yeni ili deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Bakılılar dekabrın 31-də gecə dəhşətli bir havada yeni il bayramını seyr etməyə gələrkən həmin o heyranedici həmrəyliyi nümayiş etdirdilər. Sosial şəbəkələrdə isə eyni həmrəliyliklə bu bayramı “taun zamanı ziyafət və ya “sümüklər üzərində rəqs adlandırdılar.
- “Günəşli neft platformasında yanğın dekabrın 4-də başlayıb.
- Rəsmi KİV əvvəlcə xəbər verdi ki, bütün neftçilər təxliyə olunub, sonra ziddiyyətli məlumatlar dərc olunmağa başlandı.
- Prezident İlham Əliyev dekabrın 6-nı matəm günü elan etdi. 33 nəfər xilas olundu, 7 cəsəd tapıldı. 23 neftçinin cəsədi hələ də tapılmayıb.
- Fakt üzrə cinayət işi başlanılıb və müvafiq dövlət komissiyası yaradılıb.
- Gündüz Ağayev aktual mövzular üzrə populyar, misal üçün, ‘Imagine’, ‘Holy selfie’ və bir çox başqa karikaturalar seriyasının müəllifidir.