Videobloqer, “Slate, “Fandor, & IndieWire və “Playboy onlayn nəşrlərinin redaktoru Ceykob T. Suinni Kventin Tarantinonun səkkiz kinosundan və qəribə şəkildə bir-biriylə uzlaşan otuzdan çox köhnə filmdən olan epizodlardan maraqlı bir çarx düzəldib.
Bəzənsə Tarantino sadəcə olaraq köhnə filmlərin epizodlarını təkrar edir.
“Kventin Tarantinonun vizual istinadları adlı çarx Suinninin “Üç dəqiqə ərzində dahi rejissorlar seriyasına daxildir.
Ceykob T. Suinnu yazır:
“Hamıya məlumdur ki, Tarantino özünü kinoman adlandırır. Onun kinematoqrafa olan sevgisi özünün filmlərində aydın görünür.
Qəhrəmanlarının kinofilmlərin müzakirəsinə çox vaxt ayırmasında əlavə, Tarantinonun filmləri həm də imitasiyalar və bütün həyatı boyu ona ilham verən filmələrin xatırlatmaları ilə doludur.
Bir çox rejissorlar köhnə filmlərə qiymət verirlər. Amma Tarantino xeyli daha qabağa gedərək, müxtəlif janrlardan olan məqamları dəqiqliyə ilə təkrar edir, özünün, başqalarından fərqli olan kinosunu yaratmaq üçün onları bir-biriylə toqquşdurur.
Buna misal olaraq, “Billi öldürmək 2 (2004) filminin süjetini göstərmək olar, bu film “Yaxşı, pis, qəddar (1966) və “Samuray hekayəsi (1998) filmlərinin bilrəşməsindən yaranıb.
Ümumiyyətlə Tarantinonun işlərində həm köhnə, həm də yeni italyan vesternləri və yapon kinematoqrafiyası özünə yer tapır.
Onun unikal, başqa filmlərə istinad etmək üsulu ona janrların sərhədlərini dəyişməyə və bizim gözləntilərimizin şablonlarını qırmaq imkanı verir.
Onun metodlarını tez-tez tənqid edirlər, özünü isə başqa rejissorların ideyalarını “oğurlamaqda ittiham edirlər. Amma elə təəssürat yaranır ki, Tarantino sadəcə bu qədər ehtirasla sevdiyi incəsənətə sevgi məktubları yazır.
Bu video çarxda bölünmüş ekranın köməyiylə Tarantinonun alman səssiz kinolarından tutmuş Amerikanın az büdcəli kommersiya filmlərinə qədər yalnız bir neçə yüz visual istinadı nümayiş etdirilib”.