Jurnalist Orxan Camal, operator Kiril Radçenko və rejissor Aleksandr Rastorquyev Mərkəzi Afrika Respublikasında həlak olublar, — “Novaya qazeta” xəbər verir. Hadisə yerində olan fransalı jurnalistlər həlak olanların meyitlərinin şəklini “Novaya qazeta”ya göndəriblər: onlardan biri “Novaya qazeta”nın keçmiş xüsusi müxbiri Orxan Camaldır.
“Bu, Aleksandr Rastorquyev və Mixail Xodorkovskiyə aid Araşdırmaların İdarəolunması Mərkəzinin müştərək layihəsi idi”, – jurnalist Rodion Çepel danışıb. – “Jurnalistlər Mərkəzi Afrika Respublikasında vaxtaşırı olaraq hərbi geyimli rusların göründüyü haqda xəbərlər yayılandan sonra oraya yollanıblar. Jurnalistlər üçün bu maraqlı idi. Onlar peşələrinin ən yaxşı mümayəndələriydi, çox cəsarətli oğlanlardı. Onlar ora bir neçə gün əvvəl getmişdi, respublikada 3-4 gün keçiriblər. Paytaxt Banqadan qərbə – Bambari şəhərinə doğru yön alıblar. Onlar blokpostların birində bloklanıblar. BMT-nin beynəlxalq müşahidəçilənin məlumatına görə, ölkədə vətəndaş müharibəsi gedir. Hər bir yolda bir-birindən müəyyən məsafədə yerləşən blokkpostlardan ibarət zəncir yaradılıb. Bunlardan birində onları saxlayıblar, daha sonra baş verənlər mənə məlum deyil”.
XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, rusiyalı diplomatlar meyitlərin tanınması üçün artıq hadisə yerinə yollanıblar. XİN-dən əmin ediblər ki, onlar mərhumların meyitlərinin vətənə gətirilməsinə kömək edəcəklər.
Fransanın AFP agentliyinin mənbələirinin məlumatına görə, rusiyalılar blokpostda naməlum silahlılar tərəfindən öldürülüblər. AFP-nin məlumatına görə, onların meyitləri Sibut şəhərinin 23 kilometrliyində tapılıb. Onların meyitləri BMT missiyasının bazasına gətirilib.
Jurnalistlər Mixail Xodorkovskinin Araşdırmaların İdarəolunması Mərkəzi ilə müştərək film çəkmək üçün Mərkəzi Afrika Respublikasına gediblər.
“Biz birlikdə Mərkəzi Afrika Respublikası üzrə layihə həyata keçirirdik. Srağagün axşam onlarla son dəfə əlaqə saxladıq. Düzdür, bunu söyləmək çox ağırdır, onlar mənim dostlarımdı”, – Araşdırmaların İdarəolunması Mərkəzinin baş redaktoru Andrey Konyaxin BBC-yə bildirib.
Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko oğurlanıb, “yalnız ərəbcə danışan türbanlı təxminən on nəfər adam” tərəfindən. Bu haqda Associated Press agentliyi Mərkəzi Afrika Respublikasının Sibuta şəhəri hakimiyyətinin nümayəndəsi Marselena Yoyoya istinadən xəbər verir . Onun sözlərinə görə, rusiyalılar yerindəcə öldürülüb, sürücü isə hücumdan sonra sağ qalıb və hakimiyyət nümayəndələrinə iyulun 31-də baş verənləri danışıb. Məmur əlavə edib ki, xüsusi xidmət əməkdaşları rusiyalılara “artıq qaranlıq düşdüyü üçün” yola çıxmamaları haqda xəbərdarlıq edibmiş.