Tanınmış gürcü siyasətçi siyasətdən biryolluq Amerika şirkətinə gedib
“Azad demokratlar” partiyasının keçmiş lideri, sabiq Müdafiə naziri və Gürcüstanın BMT-dəki nümayəndəsi İrakli Alasaniya Amerikanın SPConsulting konsaltinq şirkətinin böyük tərəfdaşı olub. Bu haqda keçmiş siyasətçi tele-müsahibəsində bildirib.
SPConsulting – 50 ölkədə fəaliyyət göstərən qlobal konsaltinq şirkətidir. Şirkətin saytında qeyd olunduğuna görə, onun müştəriləri arasında yüksək texnologiyalar, maliyyə xidməti və farmakoloji sənaye sahəsində çalışan nəhəng multi-milli, həmçinin böyük olmayan, amma tez inkişaf edən şirkətlər var.
Şirkətlərdəki böyük tərəfdaşların funksiyaları strategiyanın hazırlanması və müştərilər üçün problemli məsələlərdə həll yollarının axtarılmasından ibarətdir.
Siyasətdən getmək qərarı haqda İrakli Alasaniya ötən ilin oktyabrında parlament seçkilərində onun rəhbərlik etdiyi “Azad Demokratlar” Partiyası 5 faizlik baryeri keçə bilməyərək parlamentə mandat qazana bilməyəndən sonra bəyan edib.