Ukraynanın şərqindəki tanınmamış “Donetsk Xalq Respublikasının” rəhbəri Aleksandr Zaxarçenko Donetskin mərkəzində bomba partlaması nəticəsində həlak olub.
Hromadske xəbər verir ki, partlayış Zaxarçenkonun iqamətgahının bir neçə yüz metrliyində yerləşən Puşkin bulvarındakı “Separ” kafesində baş verib.
Hromadske-yə müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmmətinin mətbuat katibi Yelena Qitlyanskaya Zaxarçenkonun ölümü ilə bağlı məlumatı təsdiqləyib. “Biz bunu daxili müharibənin nəticəsi hesab edirik”, – xüsusi xidmət orqanının nümayəndəsi bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Donetskdə baş verən partlayış və “DNR” rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin arxasında “Kiyev rejimi” dayanır. Bu bəyanatı XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayın.
“DNR rəhbərinin öldürülməsi ilə bağlı situasiyada Kiyein müharibə partiyası terror ssenarisini reallaşdırır, bununla da regiondakı (…)onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirir. Sülh haqda verdiyi vədi tutmamaqla görünür ki, Kiyev qanlı müharibəyə keçmək qərarına gəlib”, – Zaxaarova bildirib.
“Qurum beynəlxalq aləmi bu qətlin qərəzsiz araşdırmasını və onun aparılamısına nəəzarət olunmasını tələb edib”, – RF XİN nümayəndəsi əlavə edib.
Ukrayna Təhlükəsizlik Ximəti İradəsi məsələyə aidiyytını qətiyyətlə rədd edib.