Məzəm Ermənistanla sərhəddə yerləşir. Kəndi erməni postlarından balaca göl ayırır, günəşli havada isə onları adi gözlə görmək mümkündür.
Məzəm kəndində 40-45 ailə yaşayır, bu Qazax rayonunun ən kiçik kəndlərindən biridir. İnsanlar burada heyvandarlıq və əkinçiliklə çörək pulu qazanır. Onlar işlərini güllə altında görməli olurlar, çünki kəndi mütəmadi olaraq gölün o biri sahilindən atəşə tuturlar. Kəndlilərdən birinin sözlərinə görə, “bunlara nə gündüz, nə gecə, elə hey atırlar.
İnsanlar deyirlər ki, yerli hakimiyyət güllələrdən mühafizə üçün xüsusi çəpərlər tikməyi planlaşdırırdı və kəndlilər bunu çox istəyirlər. Amma hələlik hər şey olduğu kimi qalır.
Uşaqlar üçün oyun meydançasının qarşısında tablo qoyulub: Qırmızı Xaç burada təhlükəsizliyə zəmanət verir. Amma meydançanın kənarlarında qoyulan tablolarda qalan ərazidə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq var.
Kənd məktəbinin divarı
“Təhlükəsiz uşaq meydançası”
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayıb. Azərbaycan Qarabağ və onun müharibə vaxtı alınmış ətraf ərazilərini işğal edilmiş sayır və qaytarılmasını tələb edir. • 2016-cı ildə münaqişə zonasında gərginlik aprelin 2-dən 5-nə qədər sürüb. Aprelin 5-də tərəflər atəşi dayandırmaqla bağlı razılığa gəliblər, amma atışma daha kiçik miqyasda davam edir. Azərbaycan və Ermənistan bir-birini razılaşmanı pozmaqda ittiham edir. • Münaqişə tərəflərinin rəsmi mənbələrinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin buna reaksiya verməsi ilə bağlı suala cavab almağa imkan vermir. Beynəlxalq mənbələr də hələ ki, bu sualın cavabını tapa bilmir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər