Burada robot Borislə söhbət etmək olar, hansı ki nəinki qonaqları mehribanlıq salamlayır, həm də qızlara kompliment edir, onlar üçün oxuyur və rəqs edir.
Təşkilatçılar – Rusiyanın “Robotlar korporasiyası şirkəti və “Ameriya bankı – irəvanlı uşaqlar və onların valideynlərini müxtəlif ölkələrdən gələn 20-dən çox interaktiv robot və Ermənistanda yaradılan ən yaxçı robotlarla tanış etmək niyyətindədirlər.
Ekskursiya rəhbərləri bu və ya digər robotun bacarıqları haqqında danışırlar, bu zaman xüsusi diqqət balacalara yetirilir. Bu layihənin məqsədi robot texnikasının inkişaf etdirilməsidir, buna görə də burada nəinki uşaqlara robotlarla tennis, basketbol və ya futbol oynamağa, onların dəcəlliklərinə, necə kokteyl hazırlayıb onu müştərilərə təqdim etməsinə, rəqsinə və dayə rolunu necə yerinə yetirməsinə baxmağa, həm də robotların nədən ibarət olduğu və onların necə yaradılması ilə bağlı master-klaslara qulaq asmağa imkan verirlər.
Sərginin ən populyar eksponatlarından biri dəmir olmağı arzulayan və bunun üç pul yığan robotdur. O xəsisləri danlayır, əliaçıq adamlar üçün isə şarmankada çalır.
İlk “Robotların yürüşü sərgisi Moskvada 2014-cü ildə keçirilib. Təşkilatçılar startı uğurlu saydılar və yürüşü Rusiyanın şəhərlərində (Sankt-Peterburq, Soçi, Krasnodar, Yekaterinburqda) davam etdirib İrəvana qədər gəlib çıxdılar, burada onlar 10 gün qalacaqlar. Təşkilatçılar hesab edir ki, “Robotların yürüşü uşaqlar üçün adi əyləncə deyil, həm də səmərəli məşğuliyyətdir. Özləri də böyük maraqla robotlarla oynayan irəvanlı valideynlər bununla razılaşmaya bilmədilər.