Sxinvalda buraxılış gecəsi trendləri
Sxinvalda 2016-cı ildə məktəbi bitirənlər üçün buraxılış gecəsi keçirilib. Mərkəzi meydanda valideynləri ilə birlikdə 400 məzun toplaşıb.
Əksər şəhərlilər bura sadəcə gözəl tədbiri seyr etmək üçün gəliblər. Və peşman olmayıblar.
Fasonlar
Ötən illərdə məzun qızlar uzun ağ paltarlara – balet “paçkalarına üstünlük verirdilər, bu səbəbdən də buraxılış gecəsi daha çox gəlin paradına bənzəyirdi, bu dəfə isə bal əsl gözəllik müsabiqəsini xatırladırdı.
Açıq-saçıqlığın dərəcəsi
Demək olar ki, bütün məzun qızların əyinlərində həmin gün topuğa qədər uzun donlar vardı, ancaq bir neçə qız bal üçün qısa paltar seçmişdi, çiyinləri və beli açıq qızlar isə barmaqla sayılası qədər az idi (düz beş nəfər).
Rəng palitrası
Bu il şəksiz lider qırmızı rəng oldu, bal iştirakçılarının mütləq çoxluğu bu rəngi seçdi. Bəzi məzun qızlar etiraf etdilər ki, paltarın seçimi zamanı sevdikləri mavi, yaşıl, bej rənglərdən imtina etməli olublar.
Düzdür, bir çoxları bildirir ki, həlledici meyar paltarın nə dərəcədə əyninə oturması və bədəni nə dərəcədə gözəl göstərməsidir. Buna görə də bəzi qızlar tədbirin daha şən rəngləri tələb etməsinə baxmayaraq, qara paltarlar alıblar.
Saç düzümləri
İndiki mövsümün dəbi lokon və ya yığılmış saç düzümünü diktə edir. Hər iki variant üçün uzun saç lazımdır. Cənubi Osetiyanın məzun qızları üçün bu, problem olmayıb. Bir çoxları osetin rəqslərinə gedir, orada da uzun saç mütləq atributdur.
Aksessuarlar
Sxinvalın bütün məzun qızları diadema, uzun sallanan sırğa və “klatç çantalarını seçiblər.
Həmçinin saçlarda gül və əllərdə qolbağı.
Oğlanların seçimi
Gənc oğlanlar buraxılış gecəsi üçün kütləvi şəkildə Avropa kostyumları və qalstuklar, bəziləri isə kəpənək seçib. Konservativ qara və tünd göy rənglər lider olub, açıq rəngli kostyumlar azlıq təşkil edib.
Qiymətlər
Nina Çoçiyeva, məzun anası:
“Oğlumun qız sinif yoldaşlarının valideynlərindən bilirəm ki, qızı buraxılış balı üçün geyindirmək çox baha başa gəlir. Hər şey Vladiqafqazdan alınır, çünki orada böyük seçim var.
Donların qiymətləri 8 mindən 20 min rubla qədərdir [$120-300], ayaqqabının qiyməti 4-5 mindir [около $80]. Bundan başqa bijuteriya da lazımdır.
Sxinvalda saç düzümü etmək 1,5-2 min rubldur [около $30].
Məndə oğlan olduğuna görə işim daha asandır. Həm də kostyum seçimində bəxtimiz gətirib. O qeyri-adi nəsə istəyirdi. Buraxılış gecəsinə xeyli qalmış əksər valideynlər kimi alış-veriş üçün Vladiqafqaza getdik. Qızılı rəngli, qəhvə çalarlı kostyum bir dənə qalmışdı deyə, bizə onu 8 min rubla [təxminən $120] verdilər, ayaqqabı 4 min [təxminən $60], köynək 2,500 rubla başa gəldi [təxminən $40].
• Cənubi Osetiyada bu il 489 məzun attestat aldı. Onlardan 368-i şəhər, 121-i rayon məktəblərini bitirib.
• 2015-ci illə müqayisədə bu il məzun sayı 14 nəfər çoxdur.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc edilib: 22.06.2016