Suriyada kimyəvi silahdan istifadə olunub, 70 nəfər həlak olub
Paylaşmaq
Paylaşmaq
Ən dəhşətli kimyəvi hücumlardan biri aprelin 4-də Suriyanın şimal əyaləti olan İdlibi ölümcül zonaya çevirdi. Üsyançıların əlində olan bu regionda zəhərli maddələrin istifadəsi nəticəsində 70-dən çox insan, o cümlədən ondan çox uçaq həlak olub.
Qərbin liderləri, o cümlədən də ABŞ prezidenti Donald Tramp hücumun təşkilində Suriya prezidenti Bəşər Əsədi ittiham etdilər və onu dəstəkləyən Rusiya və İrandan hücumların təkrar olunmasının qarşısını almaq üçün tədbir görməyi tələb etdilər.
Çoxları baş verənləri hərbi cinayət adlandırır. Şahidlərin dediyinə görə, çox güman ki, tərkibində zarin və xlor olan bombalar təyyarələrdən atılıb. Hücum nəticəsində çoxları boğulur və huşlarını itirirdi, bəzi zərər çəkənlərin ağzından köpük gəlirdi.
BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura bildirib ki, BMT Təhlükəsizlik Şurası xüsusi iclas keçirəcək, günahkarların müəyyən edilməsini və məsuliyyətə cəlb edilməsini tələb edəcək.
Rəsmi Dəməşq dərhal kimyəvi silahın istifadəsiylə havadan zərbələrlə heç bir əlaqəsi olmadığını bildirib. Rusiyanın Müdafiə Nazirliyi də zərbələrin Rusiya hərbi qüvvələri tərəfindən endirildiyini inkar edib.
Amma beynəlxalq liderlər bu məsələdə Əssəd hakimiyyətini günahlandırır.
Aİ-nin xarixi işlər üzrə ali nümayəndəsi Federika Moqerini bildirib: “Aydındır ki, baş verənlərə görə əsas məsuliyyəti rəjim [Əsəd] daşıyır, çünki insanlarının müdafiəsinə görə cavabdeh odur”. (Reuters-dən sitat).
Fransa prezidenti Fransua Olland öz xalqına qarşı kimyəvi silahın istifadəsində birbaşa Suriyanın hökumət qüvvələrini ittiham edib, Reuters xəbər verir.
“Suriya rejimi yenə də bu qırğında öz məsuliyyətinin sübutlarını inkar edəcək. 2013-cü ildə olduğu kimi, Bəşər Əsəd yenə də müttəfiqlərinin dəstəyinə və cəzasız qalacağına ümid edir”, – deyə Olland bildirib, o “bu rəjimi dəstəkləyənlərə” “öz siyasi, strateji və mənəvi məsuliyyətinin” miqyasını qiymətləndirməyə təklif edib.