İsrailin müdafiə naziri Gürcüstan və Azərbaycanda olub. O niyə Ermənistana getməyib?
İsrailin müdafiə naziri Aviqdor Liberman Gürcüstana və Azərbaycana səfər edib, liderlərlə, müdafiə nazirləri və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb.
Niyə Liberman Ermənistana getməyib? Bu sualı israilli ekspertlərə İsrail televiziyasının 9-cu kanalının efirində veriblər. Bu verilişdə səslənən fikirlərin xülasəsini təqdim edirik.
Gürcüstan
İsrail-Gürcüstan danışıqlarında ən vacib məsələ iki ölkə arasında hərbi sahədə əməkdaşlığın bərpa edilməsi olub.
İsrail 2008-ci ildə Gürcüstan Ordusunun modernləşdirilməsində fəal iştirak edib. 2008-ci il avqust müharibəsindən sonra iki ölkə arasında hərbi əməkdaşlığın bütün proqramları başa çatdırılıb – İsrail bunu ABŞ-ın ardınca edib.
Hər iki ölkə bu qərarını Cənubi Qafqazda gərginliyi azaltmaq cəhdi kimi izah edib. Baxmayaraq ki, buna qədər Gürcüstan Ordusunun modernləşdirilməsində fəallıq göstərib.
2017-ci ilin sonunda ABŞ Gürcüstanla hərbi əməkdaşlığın bərpasının mümkünlüyü bəyan edib. İndi İsrail də öz strategiyasını dəyişib və Gürcüstanla hərbi tərəfdaşlığı bərpa edir.
• Amerika Gürcüstana niyə Javelin tank əleyhinə raket verir və Rusiyanın buna nə dəxli var?
Azərbaycan
İsrailli politoloq Arye Qutun fikrincə, İsrailin müdafiə nazirinin Azərbaycana ilk belə uzun səfəri – 5 gün – bir neçə səbəblə izah olunur. Onların sırasında aşağıdakılar var:
• Azərbaycan – İsrailin ən mühüm iqtisadi tərəfdaşıdır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollar təşkil edir.
• Azərbaycan – regionda İsraildən ən çox hərbi məhsul alan ölkədir.
• Azərbaycan – Yaxın Şərqdə güclənməkdə olan gərginlik şəraitində müstəsna əhəmiyyət kəsb edən Trans-Qafqaz neft-qaz dəhlizinin ən mühüm məntəqəsidir. Aviqdor Libermanın səfərinin Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz turunun ardınca baş tutması təsadüfi deyil.
• Türkiyə, İran, Rusiya, ABŞ və İsrailin bir-birinə qarışdığı Suriyada böhranın dərinləşmə dərəcəsindən asılı olaraq Azərbaycanın vasitəçi kimi rolu artır. Son zamanlar Rusiya və Azərbaycan prezidentləri Putin və Əliyev arasında əlaqələr fəallaşıb, Arye Qut deyir.
Müşahidəçilər eyni zamanda İsrailin müdafiə naziri ilə Azərbaycanın yüksək rəhbərliyi arasındakı şəxsi dostuq əlaqələrini də qeyd edirlər.
Ermənistan
Aviqdor Liberman Cənubi Qafqazın üç ölkəsindən yalnız Ermənistana səfər etməyib. Bununla bağlı əsasən bu versiyalar səsləndirilir:
• İsrail və Ermənistan arasında iqtisadi və hərbi əməkdaşlıq səviyyəsi çox aşağıdır.
• Ermənistan İrail və ABŞ-ı maraqlandıran iki mühüm məsələdə – Suriyadakı böhran və Trans-Qafqaz neft-qaz təchizatı – əsas oyunçu deyil.
• İsrail Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
• İsrail və Ermənistan arasındakı münasibətlərdə ağrılı problem qalmaqdadır – İsrailin 1915-ci il erməni soyqırımını tanımaq istəməməsi. Buna görə hazırkı İsrail hökuməti daxili müxalifət tərəfindən kəskin tənqidə məruz qalır.