Siyasi art - Gürcüstan prezidentliyinə namizədlərin plakatları
Okyabrın 28-də Gürcüstanda yeddinci prezident seçkiləri keçiriləcək və Gürcüstan beşinci prezidentini seçəcək. Elektorat 25 namizəd arasında seçim etməli olacaq. Onlardan demək olar ki, yarısı ictimaiyyətə ümumiyyətlə məlum deyil, ikinci yarısı isə reytinqlərinin cəmi 11 faizi keçməyən siyasətçilərdir.
__ 48 __
Müstəqil namizəd Salome Zurabişvilinin seçki kampaniyasını ən zəngin və ən aqressiv siyasi art hesab etmək olar. Onun posterləri gözə dəyəcək hər yerdə var – binaların divarlarında, metro və avtobus dayanacaqlarında, marşrut taksilərdə, çoxmərtəbəli binaların fasadlarında. Zurabişvilinin seçim nömrəsi 48-dir. Keçmiş xarici işlər naziri formal olaraq müstəqil namizəd hesab edilir, reallıqda isə iqtidar partiyasının dəstəklədiyi namizəddir.
Hakimiyyət ehtimal edir ki, Zurabişvili ilk turda qələbə qazanacaq – hökumətyönlü sosial tədqiqatın nəticələrinə əsasən, Zurabişvili səslərin 53 faizini toplayacaq.
__ 5 __
Vaşadzenin diplomatik karyerası Rusiya ilə bağlıdır. O, uzun illər boyu Moskvada işləyib. Opponentləri bioqrafiyasının bu hissəsini ona qarşı istifadə edirlər – onun posterlərinin bəzilərinə rəqibləri “DTK” abbreviaturasını əlavə ediblər. Vaşadzenn Putinin əlində qaldırılmış şəkildə əks olunmuş plakatlar da var.
__ 2 __
Küçələrdə belə posterlərə rast gəlmək mümkündür. Ehtimal etmək olar ki, bu, rəqiblərin və ya “kreativ” şəhər sakinlərinin “səyidir”.