Şimali Osetiyanın qarşısında payız inqilabı təhlükəsi yoxdur
Şimali Osetiya-Alaniyada sentyabrın 18-də Dövlət Dumasına təyin olunan seçkilərdən sonra yerli, onsuz da fəal olmayan siyasi həyatın tamamilə donacağını gözləyirlər.
Respublikada qarışıq majoritar-proporsional seçki sistemi işləyir, onun partiya hissəsində də hər şey aydındır – burada seçkilər ümumrusiya seçkilərinin əksi olacaq. Hakim “Vahid Osetiya partiyasına rəqib 11 partiya var, Şimali Osetiyada milli siyasət yürüdən bir dənə də olsun yerli partiya yoxdur.
Majoritarlar arasında seçkiqabağı mübarizə daha maraqlı görünür. “Свободный взгляд (“Müstəqil baxış) qəzetinin baş redaktoru Badri Qazzatinin dediyi kimi, majoritar namizədlərin əsas məqsədi heç də Dövlət Duması deputatı statusu deyil, hazırda boş olan Şimali Osetiya başçısının boş olan kreslosudur.
“Hər bir namizəd – kimsə açıq, kimsə üstüörtülü şəkildə məhz bu məqsədi güdür, – Qazzati deyir.
Üç aparıcı majoritar
Onlar üç idi, hazırda isə seçkiqabağı dövrün yalnız iki lideri barədə danışmaq olar, çünki MSK bu yaxınlarda onlardan ən müxalif olan, mərhum respublika başçısı Tamerlan Aquzarovun (o, 2015-ci ilin iyun ayından 2016-cı ilin fevral ayına qədər respublikaya başçılıq edib) Murat Aquzarovun namizədliyini qeydiyyatdan keçirməkdən birdəfəlik imtina etdi.
Murat Aquzarovu təqdim olunan 16 min seçici imzasından 14-nün saxtalaşdırılmasında ittiham etdilər. Bununla Moskvadan dəvət olunan qrafoloqlar da razılaşdı.
“Bu qalmaqaldır, çünki respublşika sakinlərinin azı üçdə bir hissəsi – eyni dərəcədə nə hakimiyyəti, nə də müxalifəti qəbul etməyənlər səs verməyə hazır idilər, – Badri Qazzati deyir.
O, Aquzarovun seçki prosesindən uzaqlaşdırılmasının siyasi səbəblərinin olmasını da istisna etmir.
“Əvvəllər hakimiyyət inzibati resursların və seçicilərin passivliyi sayəsində istənilən seçkilərdə asanlıqla qalib gəlirdi, bu gün isə vəziyyət dəyişib. Tamerlan Aquzarovun vəfatından sonra respublikanın faktiki rəhbəri yoxdur, bu vəzifələri müvəqqəti icra edən Vyaçeslav Bitarovun namizədliyi təsdiq olunmayıb,
Murat Aquzarov MSK-nın rədd cavabını dəyişə bilmədiyi üçün, Dövlət Dumasında yer uyğunda əsas rəqabət iki digər favorit arasında gedir – hər ikisi şöhrətli idmançı, dəfələrlə Olimpiya və dünya çempionları olan Arsen Fadzayev və Artur Taymazov.
Birincinin siyasi, o cümlədən də Dövlət Dumasında iş təcrübəsi var; ikinci isə siyasətdə təzə adam olsa da, yerli hakimiyyət tərəfindən dəstəklənir.
Badri Qazzatinin fikrincə, bu, onsuz da mürəkkəb güc bölgüsünü bu üç favoritin osetin xalqının üç əsas subetnosunu təmsil etməsi faktı bir az da mürəkkəbləşdirir.
“Fadzayev diqor, müsəlman osetinlərin kompakt yaşadığı Çikola kəndindəndir. Taymazov kudar, xristian osetinlərin yaşadığı Cənubi Osetiyanın Noqir kəndindəndir. Aquzarov irondur, ən çoxsatlı osetin subetnosunu təmsil edir.
Şimali Osetiyanın qarşısında payız inqilabı təhlükəsi yoxdur
Üç majoritar favorut arasında o cümlədən də Şimali Osetiya rəhbəri vəzifəsi uğrunda kəskin rəqabətin olmasına baxmayaraq, bu Moskvada həll olunan yarı-intriqadan başqa bir şey deyil.
RF prezidenti Vladimir Putin hesab etsə ki, vəzifələri icra edən Vyaçeslav Bitarov öz vəzifələrinin öhdəsindən gəlir sentyabrın 18-də onu Şimali Osetiya başçısı vəzifəsinə təyin edəcəklər. Prespublika parlamentinin qəflətən Moskvaya qarşı çıxaraq, Bitarovun namizədliyini təsdiq etməkdən imtina etməsi üçün bir səbəb belə göstərmək çətindir.
Yerli siyasətlçilər və politoloqlar Bitarovun təyin ediləcəyi və bu postda daha beş il müddətində qalacağı fikrində həmrəydirlər.
“Bitarova qarşı müəyyən müxalifət var, lap elə Murat Aquzarovun və respublikanın əvvəlki lideri Mamsurovun bəzi adamlarının simasında.
Hər şeyin sakit keçəcəyinə həm də bir məsələ deməyə əsas verir k, qeydiyyatda rədd cavabı alandan sonra Murat Aquzarov özünün “Facebook sosial şəbəkəsindəki səhifəsində əhaliyə təxribatdan qaçmaq üçün petisiya imzalamamaq və mitinq təşkil etməmək xahişi ilə müraciət etdi. Bu zaman o “öz tərəfdarları ilə ətraflı müzakirələrdən sonra bəzi addımlar hüququnu da özündə saxladı.
Dərc edilib 08.09.2016