Şimali Koreya ilə Cənubi Koreya arasında iki ildən çox müddətdən sonra ilk danışıqlar baş tutub. Bu zaman Cənubi Koreyanın Pxençxan şəhərində fevral ayında keçiriləcək qış Olimpiya oyunlarında KXDR komandasının iştirakının mümkünlüyü müzakirə olunub.
Tərəflər razılığa gəlib ki, Şimali Koreya özünün idmançılar, məmurlar və dəstək qrupundan ibarət nümayəndə heyətini göndərə biləcək. Bu haqda BBC məlumat verir.
Nümayəndə heyətində hansı idmançıların olacağı dəqiqləşdirilmir. Məlumdur ki, Şimali Koreya idmançılarından ancaq bir neçə fiqurlu konkisürmə idmançısı Olimpiya oyunlarının seçim turnirini keçib.
Cənubi Koreya nümayəndələri danışıqlar zamanı KXDR-a Pxençxandakı Olimpiadadan təxminən 50 il əvvəl Koreya müharibəsinin ayırdığı ailələrin yenidən birləşməsi imkanı kimi istifadə etməyi təklif edib. Bundan başqa, Seul Olimpiadanın açılış mərasimində Şimali ilə Cənubi Koreyanın nümayəndə heyətlərini birləşdirməyi təklif edib.
Pxenyanın cavabı hələlik məlum deyil.
Şimali Koreyanın lideri Kim Çen In özünün Yeni il müraciətində ölkəsinin Pxençxanda baş tutacaq Olimpiya oyunlarında iştirak etmək istəyi barədə danışıb. Bundan sonra Seul danışıqlar aparmağı təklif edib, baxmayaraq ki, Olimpiadada iştirak üçün ərizənin verilmə müddəti oktyabrın 31-də bitib.
Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri artıq bildiriblər ki, istisna kimi KXDR komandasının Oyunlarda iştirakına icazə verməyə hazırdırlar.