Noyabrın 28-də Şimali Koreya ərazisində “Xvason-15” qitələrarası ballistik raketi sınaqdan keçirilib. Raket 4,5 min km hündürlüyə qalxıb və 53 dəqiqəlik uçuşdan sonra Yaponiyanın qərb sahillərinin 210 kilometrliyində yerə enib. Bu haqda CNN Şimali Koreya informasiya agentliklərinə istinadən məlumat verib.
Bu, sentyabrın 15-dən sonra KXDR-da ilk raket sınağı olub. Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, dünənki sınaq Şimali Koreyanın “dövlət nüvə qüvvələrinin” yaradılmasının yekunu deməkdir.
KXDR-ın dövlət KİV-ləri bildirirlər ki, “Xvason-15” Şimali Koreyanın ən güclü qitələrarası ballistik raketidir. Şimali Koreya hakimiyyətinin bildirdiyinə görə, bu raket ABŞ-ın istənilən nöqtəsində hədəfə çata bilər. Onun əsas üstünlüyü yüksək ağırlıqlı nüvə başlıqlarının quraşdırılması imkanıdır.
ABŞ-ın dövlət katibi Reks Tillerson sınağı qətiyyətlə pisləyib. Onun sözlərinə görə, ABŞ həmişəki kimi Şimali Koreya ilə münaqişənin dinc şəraitdə nizamlanmasının yollarını axtarır, amma bu ölkəyə qarşı təzyiqləri ikiqat artırmağa çağırır.
Dünən KXDR-in növbəti zorakılıq nümayişi haqda ABŞ prezidenti Donald Tramp da öz fikrini bildirib. O, bəyan edib ki, Amerika “bunun öhdəsindən gələcək və situasiya həll olunacaq”. Tramp həmçinin Şimali Koreya lideri Kim Çen Inı “böyük küçük” adlandrıb.
Cənubi Koreya raket sınağına praktiki olaraq anındaca reaksiya verib və cavabında üç raket buraxıb. Səhra, dəniz və hava hərbi qüvvələri hərəkətə gətirilib. Ekspertlər hesab edirlər ki, bununla Seul müstəqil oyunçu olduğunu və ABŞ-ın köməyi olmadan da KXDR-a cavab verə biləcəyini göstərmək istəyir.
Çin və Rusiya hakimiyyətləri də Şimali Koreyanın atdığı addımı pisləyib.