Sevgi nifrətə qalib gəldi
Kluninin “Avrora ilə nə əlaqəsi var?
Yaxınlarda Yerevanın küçələrində peyda olan “Məni “Avrora qəhrəmanı xilas edib yazılı plakatları heç kim nə cırır, nə də üzərində şəkil çəkir, amma biganəlikdən deyil. Plakatları ancaq turistlər anlamır, yerlilər isə həvəslə başa salırlar: “Avrora mükafatdır. Onları həm də məşhur Hollivud ulduzu Corc Kluninin gözlənilən səfəri sevindirir. Məhz o, şəxsən “Avrora mükafatını laureata təqdim etməlidi.
“Avrora mükafatı haqqında
“Avrora mükafatı əsasını erməni soyqırımı təşkil edən ümumdünya 100 LIVES təşəbbüsü çərçivəsində təsis edilib. Ermənilərin Osmanlı Türkiyəsindən deportasiyası zamanı, 1915-ci ildə 1.5 milyon nəfər həlak olub, ancaq az sayda insan sağ qala bilib, bu da cəsarət nümayiş etdirib, onları xilas edən ayrı-ayrı insanların və humanitar missiyaların sayəsində mümkün olub.
“Avrora adı təsadüfi deyil. Bu, 1951-ci il hadisələrini yaşayanlardan birinin adıdır. Arşaluys (Avrore) Martikyan xilas ola bilib, bundan sonra da o yaşadıqları haqqında “Parçalanmış Ermənistan kitabını yazıb və öz kitabı əsasında çəkilmiş filmdə baş rolda oynayıb. Filmin nümayişindən yığılan bütün vəsait (30 milyon dollar) Yaxın Şərqdə yetim qalan 60000 erməni uşağına yardım üçün göndərilib.
Yüz il əvvəl baş vermiş cinayəti Ermənistanda unutmayıblar. Dünyada ermənilər haqqında həm də soyqırım zamanı sağ qalanların sayəsində bilirlər. Yeni nəsillər əcdadlarının başına gələnləri unutmur, Ermənistan hakimiyyəti dünyanın erməni soyqırımını tanımasını tələb edir, türk dövləti isə Osmanlı dövlətində törədilən cinayətin iştirakçısı olmamaq üçün reallığı inkar etməkdən əl çəkib.
“Avroranın əsasını kim və niyə qoyub?
Bəşəriyyətə qarşı cinayətin qurbanı olan Ermənistan keçmiş cinayətlərin açılması və pislənməsi yolu ilə yeni faciələrin qarşısını almağa çağırır. 100 LIVES təşəbbüsünün müəllifləri olan sahibkarlar Ruben Vardanyan, Nubar Afeyan və Nyu-Yorkdakı Karneqi korporasiyasının sədri Vartan Qreqoryan onun əsasına məhz bu ideyanı qoyublar.
“Avrora mükafatını təsis etməklə onlar soyqırımı yaşayan ermənilərin adından öz həyatları bahasına erməniləri xilas edənlərə minnətdarlıqlarını bildirirlər. Amma “Avrora erməni faciəsi ilə kifayətlənmir, onun məqsədi bu gün dünyada baş verən vəhşiliklər barədə danışmaq və onlarla mübarizədə əhəmiyyətli rol oynayan insanları mükafatlandırmaqdır.
“Avroranın nominantları və seçim mərhələsinin münsiflər heyəti
“Avrora mükafatına namizədlər arasında seçimi 9 nəfərdən ibarət münsiflər heyəti etməliydi. Seçim mərhələsinin münsiflər heyəti üzvləri arasında aktyor Corc Kluni, Nobel laureatı, “El Vizel humanitar fondunun başçısı El Vizel, BMT baş katibinin insan haqlarının mühafizəsi sahəsində keçmiş xüsusi nümayəndəsi Xina Cilani vardı.
Onlar aşağıdakı namizədlər arasında seçim etməli idilər:
- Doktor Tom Katena, Sudandakı Nubiya dağlarında, kəsməyən atəş səsləri altında 500 000 insanın sağlamlığına görə cavabdeh olan yeganə həkim;
- Səidə Qulam Fatimə, Pakistanın minlərlə sakinini, o cümlədən də borcu ödəmək üçün kərpic zavodunda işləməyə məcbur edilən uşaqları xilas edib, buna görə də bir neçə dəfə həyatına sui-qəsd edilib;
- Bir-birinə qarşı duran üsyançı “Seleka qruplaşması və “Antibalaka xristian silahlı birləşməsinin nümayəndələrinə sığınacaq verən və tibbi yardım göstərən katolik keşişi Bernar Kinvi;;
- Burundidə 30 000 uşağı xilas edən və onlar üçün sığınacaq yaradan Marqerit Barankits.
“Avrora mikafatını kim aldı
“Sevgi nifrətə qalib gəldi – bu sözlərlə Marqerit Barankits öz sədaqəti, şücaəti və əhəmiyyətli fəaliyyətinə görə aldığı “Avrora mükafatını Corc Kluninin əlindən qəbul etdi.
Barankits (Marguerite Barankitse) 1990-cı illərdə Burundi, Ruanda və Konqo Demokratik Respublikasında baş verən etnik təmizləmə zamanı yetim qalan 30 min uşaq üçün “Şalom evi sığınacağını yaradıb.
Düz bir il əvvəl, aprelin 24-də o siyasi repressiyalara məruz qaldığı üçün Burundidən qaçmalı olub. İndi o, mükafatın zorakılıq zəncirini qıra biləcəyinə əmindir.
“Avrora adından humanitar fəaliyyətin davam etdirilməsi üçün o, pul mükafatı şəklində 100 min dollar da alıb, bu pulu o ehtiyacı olan uşaqlara kömək üçün onunla işləyən adamlara verəcək.
Humanitar estafetin davam etdirilməsi üçün isə Barankits 1 milyon dollar həcmində qrant alacaq və bu vəsaiti humanitar fəaliyyətlə məşğul olan təşkilatlara verəcək.
“Mənim üçün bu mükafat ilk növbədə, Burundinin siyasi xadimlərinin fəaliyyətini şübhə altına qoymaq imkanıdır. Bu onları insanları qovmağın, anaları, qadınları sürgün etməyin düzgün olmadığı barədə düşünməyə məcbur edəcək. Bütün cinayətkarlar özlərinə sual verməlidirlər ki, onlar düzmü hərəkət edirlər? İçimdə nə qətllər törədən Burundi prezidentinə, nə də digər cinayətkarlara qarşı nifrət yoxdur. Onlara yazığım gəlir, – deyə mükafat laureatı vurğulayıb.
Marqerit Barankitsin fəaliyyətini seçim komissiyası təhlükəli və eyni zamanda müstəsna əhəmiyyəti və təsiri olan bir fəaliyyət kimi qiymətləndirib.
Corc Kluninin tədbirdə qeyd etdiyi kimi, “Avrora mükafatına namizədlərdən heç biri qəhrəmanlıq məktəbini bitirməyib: onlar sadəcə onlara ehtiyac olduğunu anlayıb, köməyə tələsiblər.
“Bu gün biz onlara ehtiramımızı bildiririk, bundan əlavə, 101 il bundan əvvəl yoxa çıxan 1,5 milyon həyatı yad edirik. Yad edərək hər şeyi öz adı ilə çağırırıq – soyqırım, erməni soyqırımı. Hitlerin bir dəfə – indi erməniləri kimi xatırlayır ki? – dediyini bilirik. Cavab belədir – bütün dünya, – aktyor deyib.
Kluni vurğulayıb ki, gələcəkdə bəşəriyyətə qarşı cinayətlərin qarşısı alınmalıdır. “Erməni xalqının başına bu, 101 il əvvəl gətirilib, amma sonradan biz bunun dünyanın müxtəlif yerlərində: Almaniyada, Kambocada, Bosniyada, Ruandada təkrar olunduğunu görürük. Amma mən nifrətdən xeyli daha güclü olan şeylər də görmüşəm. Mən cəsarəti, xeyirxahlığı, qeyri-adi sevgi təcəssümlərini də görmüşəm. Bu gün biz bunun ən gözəl nümunələrini qeyd edirik, – deyə Hollivud aktyoru bildirib.
Marqerit Barankits bir şey arzuladığını etiraf etdi: sığınacağındakı uşaqları dünyanın ən müxtəlif yerlərinə “daha heç vaxt missiyası ilə göndərmək. “Uşaqlarımı dünyada baş verənləri görmək üçün müxtəlif ölkələrə göndərə bilsəm, ola bilsin onlar növbəti faciənin qarşısını ala bilərlər, çünki “daha heç vaxt – demək kifayət etmir – soyqırımlar davam edir, cinayətlər yenə də törədilir, – deyə Marqerit Barankits bildirib.
auroraprizemedia.com fotosu
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 29.04.2016