Saxlanılmış Saakaşvilinin tərəfdarları onu azad edib
Paylaşmaq
Paylaşmaq
Mixail Saakaşvilinin tərəfdarları saxlanılmış keçmiş Gürcüstan prezidentini hüquq-mühafizə orqanlarının maşınından çıxararaq, onu azad ediblər.
Televiziya kadrlarından əlləri qandallı Mixail Saakaşvilinin son bir neçə saatda hüquq-mühafizəçiləri tərəfindən saxlanıldığı mikroavtobusdan çıxarıldığı görünür. Bu dəqiqələrdə Saakaşvili tərəfdarlarına müraciət edərək Ali Radanın qarşısına gedib, prezident Pyotr Poroşenkonun istefasını tələb etməyi təklif edib.