Hər Yeni il Gürcüstanda pirotexnikanın istifadəsindən onlarla adam tramvalar alır. Amma ancaq 2015-ci ilin lap axırlarında cəmiyyətdə pirotexnikanın tam qadağası ilə bağlı məsələ qaldırıldı.
Hansısa Tbilisi dələduzunun (yeri gəlmişkən, yetkinlik yaşına çatmış dələduzun) mikroavtobusun salonuna taraqqa atması son damla oldu. Nəticədə sürücünün bir gözü görə bilmədi. İctimaiyyət qəzəbləndi, şəbəkədə qadağa haqqında petisiya yerləşdirildi və tez bir zamanda minlərlə imza topladı.
Dekabrın əvvəlindən bazarı dolduran və ta fevrala qədər satılan partladıcı və fişənglər qəpik-quruşa satılır – onları 20 tetriyə də (bu, on sentdən azdır) almaq olar. Bu, əsasən onunla izah edilir ki, Gürcüstanda ucuz pirotexnikanını əsas alıcısı 7 yaşından 15 yaşınadək olan uşaqlardı. Buna görə də petardalar hər yerdə, o cümlədən də uşaq meydançalarında və sinif otaqlarında partladılır.
Bayram günlərində “112 nömrəli qaynar xəttə adətən çoxlu sayda təcili tibbi yardım çağırışları daxil olur. Ötən Yeni il ərəfəsində, daha doğrusu, 2014-cü il 30 və 31 dekabrda təkcə bir klinikaya, Xeçinaşvili adına Yanıq mərkəzinə 80 pasient daxil olub. Yanıq Mərkəzinin baş həkimi Quqi Kaşibadzenin sözlərinə görə, bir qayda olaraq, pirotexnikadan zərər çəkənlərin yarıdan çoxu uşaqlar olur.
Uşaqların travma alması səbəbləri fərqli olur. Əksər vaxtlarda elə olur ki, “raketi sadəcə olaraq düzgün istiqamətləndirmirlər və eyvandan havaya uçmaq əvəzinə o mənzilin içinə düşür, partlayır və yaxınlıqda olan hər kəsi zədələyir. Bəzən fişəng alanlar onları necə düzgün atmalı olduqlarını başa düşmürlər, çünki alınan malın heç də həmişə gürcü dilində təlimatı olmur. Bəzənsə elə olur ki, petardalar maşının pəncərəsinə və hətta kiminsə cibinə atılır. Ötən il hətta belə bir hadisə də olmuşdu: taraqqanı yatan babanın ağzının içinə elə onun öz doğmaca nəvəsi qoydu.
Qəsdən edilən ziyankarlıqdan başqa, travmalar həm də o səbəbdən baş verir ki, figəngləri adətən müvafiq qaydalara riayət olunmadan saxlanılır və Gürcüstanda bu heç cür tənzimlənmir. Əsasən Çindən idxal edilən pirotexnika adi gömrük prosedurlarından keçir, bundan sonra dövlətin ona marağı itir. Hər halda o pirotexnikanın satış yerlərinə hansı vəziyyətdə gətirilib çıxarıldığını yoxlamağı lazım bilmir.