Sakinlərin etirazı ilə "Sovetski"də evlərin sökülməsi dayandırılıb
Paylaşmaq
Paylaşmaq
Sakinlərin etirazı nəticəsində Bakının keçmiş “Sovetski” ərazisindəki evlərin növbəti sökülməsi dayandırılıb.
Bu rayonda köhnə məhəllələrin sökülməsi bir neçə il əvvəl başlayıb.
Bu yaxınlarda hakimiyyət söküntünün növbəti mərhələsinə başlayıb, bu evlərdə yaşayan 24 ailəyə əmlaklarının hər kvadrat metri üçün 1500 manat [təxminən 882 dollar] kompensasiya təklif edib. Lakin sakinlərin fikrincə, yeni mənzillər almaq üçün bu kifayət deyil.
Onlar etiraz aksiyası təşkil ediblər.
“Kavkazskiy uzel” saytı xəbər verir ki, nəticədə söküntü işləri dayandırılıb və narazı sakinlərlə görüş təyin olunub.
“Sovetski”dəki söküntülər yerli sakinlərin narazılığı və etirazları ilə müşayiət olunub.