Saakaşvili partiyasını sədr azad ediləndən sonra hakimiyyətlə razılaşmanı imzalamağa çağırıb
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili müxalif Vahid Milli Hərəkat Partiyasını sədr Nika Meliya həbsdən azad ediləndən sonra Avropa Şurasının sədri Şarl Mişelin təklif etdiyi sənədi imzalamağa çağırıb.
Saakaşvilinin sözlərinə görə, Meliya hər hansı ön şərt olmadan azad edilməlidir.
Saakaşvili video-müraciətində qeyd edib ki, imzalanmış sənəddə iki çox mühüm məqam var.
Onlardan biri: “Partiyanın qəhrəman sədri Nika Meliya, o cümlədən də Giorgi Rurua (ötən il silah saxlamağa görə məhkum edilən müxalif “Mtvari” telekanalının təsisçisi) həbsdən azad edilməlidir”.
İkincisi, Saakaşvilinin sözlərinə görə, bu razılaşmada bir vacib məqam var – payızda yerli özünüidarə orqanlarına seçkilərlə yanaşı praktiki olaraq referendum da təyin edilib.
Tbilisinin keçmiş meri və Avropa Gürcüstanı Partiyasının lideri Qiqi Uqulava eks-prezidentin bəyanatına reaksiya verib. Onun sözlərinə görə, Saakaşvili haqlıdır, birliyi qorumaq lazımdır və Milli Hərəkatbu birliyin avanqardında olmalıdır.
- Avropa Parlamenti məyusdur və Gürcüstana maliyyə yardımını dayandırmağı təklif edir
- Gürcüstanda böhranın sonu? Hökumət və müxalifətin bir hissəsi razılaşmanı imzalayıb
Aprelin 18-də Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstanın siyasi partiyalarına yeni təkliflər paketi təqdim edib.
Sənəd “Gürcüstanın gələcək yolu” adlanır və bir sıra vacib detallarına görə martın 31-də Şarl Mişelin nümayəndəsi Kristian Danielson tərəfindən müxalifətə təqdim olunan son sənəddən fərqlənir.
Bu yenilik partiyalar arasında iki ən vacib və ən mübahisəli məqamla əlaqədardır – siyasi motivlərlə həbs olunan şəxslər və müxalifətin tələb etdiyi kimi yeni parlament seçkilərin keçirilməsi.
İqtidar partiyasından başqa bütün partiyaların nümayəndələri yeni təklifi razılaşdırmaq üçün aprelin 18-də Aİ nümayəndiliyinin ofisinə gəliblər. Daha sonra iqtidar partiyası bəyanat yayıb və bildirib ki, hökumət Mişelin təkliflərini nəzərdən keçirməyə “hazırdır”.
Nəhayət, Mişelin sənədi aşağıdakı müxalifət partiyaları tərəfindən imzalanıb:
“Lelo” [Badri Caparidze və Mamuka Xazaradze]
“Aqmaşenebeli Strategiyası” [Giorgi Vaşadze]
Respublika Partiyası [Xatuna Samnidze]
“Qirçi” [Vaxtanq Meqrelişvili]
“Vətəndaşlar” [Aleko Elisaşvili]
Sənədi fərdi imzalayanlar da olub, məsələn: VMH üzvü Salome Samadaşvili, Avropa Gürcüstanı Partiyasının keçmiş lideri David Bakradze və “Qirçi” partiyasının keçmiş lideri Zurab Caparidze.
Bu gün səhər sənəd gözlənilmədən istefa verən Milli Hərəkat sədri Qriqol Vaşadze tərəfindən imzalanıb.
Bu gün Şarl Mişel özü də Gürcüstana səfər edib. Gün ərzində o, prezidentlə, baş nazirlə, hökumət məmurları və müxalifətlə görüşlər geçirib.