2014-cü ildə Ukrayna üzərində Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması işi üzrə beynəlxalq istintaq qrupu mətbuat konfransı keçirib. Konfransda Hollandiya Milli Polisinin İstintaq Departamentinin rəhbəri Vilbert Paulissen bildirib ki, Boeing-i vuran raketin buraxıldığı “Buk” zenit-raket kompleksi Rusiya Silahlı Qüvvələrinə məxsusdur. Bu haqda BBC xəbər verib.
İstintaq qrupu “Buk”un mənşəyini əllərində olan foto və video materiallar vasitəsilə müəyyən edib. Qrupa daxil olan hollandiyalı, avstraliyalı, belçikalı və ukraynalı müstəntiqlər müəyyən ediblər ki, bu ZRK bir sıra xarakterik xüsusiyyətlərə sahibdir. Qrup belə nəticəyə gəlib ki, “Buk” Rusiya Silahlı Qüvvələrinin 53-cü zenit briqadasına məxsusdur.
Paulissen danışıb ki, iqtintaq qrupunun əlində gəldiyi bu qənaətə dair çoxlu sübutlar var, amma onlar hələlik istintaq maraqlarına görə bu sübutları açıqlamayacaqlar.
Eləcə də məlum olub ki, vurulmuş Boeing işi üzrə şübhəlilərin siyahısı onlarla adama qədər qısalıb. Onların adları açıqlanmır, çünki bu, istintaqın gedişatına ziyan vura bilər.
2014-cü il iyunun 17-də Donbas üzərində Malayziyaya məxsus Boeing 777 sərnişin təyyarəsi vurulmuşdu. Raket separatçıların nəzarətində olan rayondan buraxılıb. Rusiya insidentə aidiyyatının olmadığına israr edir.