Tanınmış rusiyalı yazıçı və Moskva Teatrının bədii rəhbəri Zaxar Prilepin verdiyi müsahibələrin birində qürurla bəyan edib ki, Donbasda onun xidmət etdiyi alay ən çox ukraynalı qətlə yetirib.
https://www.youtube.com/watch?v=75m64O9F0a0
Zaxar Prilepinin kitablarını kim oxuyur? Onun müsahibələrində danışdığı hər şey məndə ikrah doğurur. Buna görə də görünür ki, mən artıq heç vaxt onun kitablarını əlimə almayacam. Amma oxuyanlar, deyin, onu niyə sevirsiz?
Konkret bu müsahibəsində onun doğru və ya yalan dediyi qətiyyən önəmli deyil. Öldürdüyü insanların sayı ilə qürrələnən və buna görə heç bir cəza çəkməyəcəyini deyən bir insan normal cəmiyyətdə mənəvi cəhətdən hər hansı nüfuz sahibi ola bilməz.
Normal cəmiyyətdə belə insan məzəmmət və töhmətə məruz qalmalıdır.
Hollivudda harasmentə görə ulduzların karyeraları bitir. Burada isə ulduz olan qatildir. Siz onun şöhrətini dəstəkləyirsizsə, onun kitablarını alırsızsa, deməli, siz qətlləri dəstəkləyirsiz.