Şərh: İspan utancı, yaxud hakimiyyət və “Abxaziya Gürcüstandır” videosu haqda hekayə
Abxaziyada “Gürcüstan” mövzusu ilə bağlı yeni qalmaqal başlanıb. Bir qız öz səhifəsində “Abxaziya Gürcüstandır” dediyi videonu paylaşıb. Buna görə 19 yaşlı Alyona Tanianı valideynlərilə birlikdə DİN-ə çağırıblar. Daha sonra yeni video yayılıb, bu dəfə qız hamıdan üzr istəyib.
Alyona Tania videodan başqa səhifəsində milis formasında bir neçə şəklini də paylaşıb. Bunu edərkən o, çətin ki, hansısa siyasi və ya başqa məqsəd güdüb, amma bu olay Abxaziya cəmiyyətində böyük rezonansa səbəb olub.
Sosial şəbəkələrdən qızın üzərinə tənqid yağıb, çoxları onu xəyanətdə günahlandırıb və ailəsini Gürcüstana köçürməyi təklif ediblər.
Səhəri gün qızı və valideynlərini Daxili İşlər Nazirliyinə çağırıblar. İstintaq öncəsi dindirilmə kadrları dövlət telekanalında göstərilib və sosial şəbəkələrdə yerləşdirilib.
Məlum olub ki, qızın atası 1992-1993-cü illər gürcü-abxaz müharibəsinin veteranıdır, valideynlərinin videodan xəbərləri olmayıb. Qız özü isə bildirib ki, “Abxaziya Gürcüstandır” ifadəsinin yür aldığı videonu yaymağı ondan adını açıqlamaqdan imtina etdiyi bir adam xahiş edib.
Şərh
İnal Xaşiq, JAMnews-un Abxaziyadakı redaktoru və “Çeqemskaya pravda” nəşrinin redaktoru
Mənə elə gəlir ki, 19 yaşlı Alyona Tanianın bulaşdığı (başqa söz tapa bilmirəm) məsələ düşmənə belə arzulamadığın türdəndir.
Əgər o, həqiqətən də “Abxaziya Gürcüstandır” dediyi videodakı kimi düşünsəydi dərd yarı idi. Amma göründüyünə görə problem ondadır ki, onun nə Gürcüstanla, nə də illərdir heç yana çıxa bilmədən yaşadığı Abxaziyanın özü ilə bağlı heç bir baxışı yoxdur. Onun hazırkı prezident Aslan Bjaniyanın adını dərhal xatırlayacağına belə şübhə edirəm.
Qızcığaz sadəcə sosial şəbəkələrdə bir qədər diqqət çəkmək istəyib. Bəziləri bunun üçün şəxsi səhifələrində Eyfel qülləsinin fonunda yarıçılpaq fotolarını qoyurlar, digərləri bahalı brend paltarparda poza verir və ya atalarının Leksusunda qırmızı işıqda fitilləyirllər.
Alyona da özünəməxsus şəkildə öz imkanlarına uyğun olaraq təəccübləndirmək istəyib. Qonşusundan qaytarmaq şərtilə aldığı milis leytenantı formasında fotosessiya çəkdirib. Amma buna çox da fikir verən olmayıb, hətta çağırıldığı milisdə belə.
O da Abxaziyanın Gürcüstan olduğu videonu partladıb və düz nöqtəsinə düşüb. Ona və ailəsinə qarşı bu qədər dərin diqqət çətin ki, indən belə nə vaxtsa olsun, heç istəməz də yəqin ki.
Dövlət maşınının xain kimi təqdim etdiyi qızın və valideynlərinin çaşqın vəziyyətinə baxmaq yetərlidir ki, hər şey aydın olsun.
Sosial şəbəkələrdə ailənin köçürülməsini, yandırılmasını, güllələnməsini tələb edən qəzəbli kütlə qarşısında hakimiyyət məmnuniyyətlə bu kozırı götürdü. Hamıya göstərdi ki, “düşmən keçə bilməz və biz buna sayıq nəzarət edirik”.
Ən yaxşı halda maaşdan maaşa dolanan bu cür sadə ailələrə hakimiyyətin xüsusi marağı olmur. Burada isə dərhal DİN-də istintaq öncəsi araşdırma və dövlət kanalında ayrıca xəbər süjeti.
Analoji “Gürcüstan” mövzusunda özünü “yandıran” məmurlarla bağlı bu cür tamaşalar təşkil olunmurdu. Axı başlarına qapaz da ala bilərlər. Burada isə olar.
Normal insan bu cür “şüvənçiliklə” bağlı nə hiss edir? “İspan” utancı. Öz yerinə yox, başqalarının yerinə utanırsan.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.