Şərh: “İslam Dövləti” liderinin və sələfinin məhv edilməsi nələrə səbəb ola bilər?
Paylaşmaq
Paylaşmaq
Britaniyalı politoloq Mark Qaleotti 20 ildir ki, ümumilikdə Rusiyanı və Rusiya mütəşəkkil cinayətkarlığını tədqiq edir. O hesab edir ki, “İslam Dövləti” bir çox cəhətdən Rusiyanın mütəşəkkil cinayətkarlıq sisteminin qurulduğu prinsiplər əsasında təşkilatlanıb.
Oktyabrın 27-də ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “İslam Dövlətinin” lideri Abu Bəkr əl-Bağdadi və onun sələfi hesab olunan Əbu Həsən əl-Muhacirin məhv edildiyi elan olunub.
Öz təcrübəsinə əsasən, Mark Qaleotti hadisələrin indən belə necə inkişaf edəcəyini, o cümlədən də yeni terror aktları risklərini analiz edir.
• İndi yeni lider təyin etmək üçün hərarətli marafon başlayıb. Hakimiyyət vakuumu parçalanma və demoralizasiya ilə təhdid edir. təyin olunan şəxs mütləq deyil ki, əsl lider olsun, strukturun həqiqi rəhbəri daha sonra meydana gələcək.
• Liderliyə və ya sadəcə karyera yüksəlişinə namizəd olanlar ideoloji möhkəmlik, xarizma, amansızlıq və səmərəlilik nümayiş etdirməli olacaqlar. Amma hər şeydən öncə onlardan hərəkət gözləniləcək. Buna görə dəYouTube-da yeni dəhşətli videoların yayılacağını gözləmək üçün bütün əsaslar var.
• Qruplaşmada daxili münaqişələrin mümkünlüyü ehtimalı yüksəkdir. Hakimiyyətə iddialı olanlar resurslar, bəziləri isə böyük muxtariyyət və ya ayrılma uğrunda mübarizə aparacaqlar. Bu, qruplaşma ilə mübarizə aparan xüsusi xidmət orqanları üçün əlavə imkanlar yaradır.
• “İslam Dövlətini” fəal struktur kimi saxlamaq üçün yeni rəhbərlik öz səmərəliliyini nümayiş etdirməli olacaq. Buna görə də yeni terror aktları və ya mütəşəkkil əməliyyat gözləməməyə dəyər.
• Liderərindən və nəzarət etdikləri ərazilərdən məhrum olmuş “İslam Dövlətinin” öz təsirini qoruya bilib-bilməyəcəyi ilə bağlı sual açıq qalır. İstisna deyil ki, yeni rəhbər yalnız rəmzi fiqur olaraq qalacaq.
Yarı dağılmış Əl-Nuri məscidinə açılan mənzərə. “İslam Dövlətinin” lideri Əbu Bəkr əl-Bağdadi 2014-cü ildə xilafətin yarandığını məhz buradan elan edib. Mosul şəhəri, İraq. 27 oktyabr, 2019. REUTERS/Abdullah Rashid