Şərh: "Gürcü Arzusu" cəmiyyəti küncə sıxılmış terrorçuların etdiyi kimi girov saxlayır"
Politoloq “Gürcü Arzusu” haqqında
Politoloq və “Gürcü Arzusu”nun keçmiş deputatı Dmitri Çkitişvili avropayönlü müxalifət liderlərinə qarşı yeni repressiyalara reaksiya verərək bildirib ki, “Gürcü Arzusu” faktiki olaraq dövləti və bütün cəmiyyəti küncə sıxılmış terrorçuların etdiyi kimi girov götürüb.
Qərbyönlü müxalifətin liderləri Mixail Saakaşvili, Georgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, “Girçi” partiyasından Zurab Caparidzе, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzе barəsində cinayət təqibinə başlanılıb.
Prokurorluğun məlumatına görə, işlər sabotaj, xarici dövlətin düşmənçilik fəaliyyətinə yardım, konstitusiya quruluşuna və Gürcüstanın milli təhlükəsizliyinin əsaslarına qarşı yönəlmiş hərəkətlərin maliyyələşdirilməsi, həmçinin konstitusiya quruluşunun zorakı dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış ittihamları üzrə açılıb.

Dimitri Çkitişvili: “Siyasi repressiyaların yeni mərhələsi nə deməkdir?
Bu, “Arzu”nun beynəlxalq arenada istifadə etdiyi yeganə mexanizmlərdən biri olan eskalasiya strategiyasının tipik nümunəsidir.
“Arzu” eskalasiya strategiyası dedikdə nəyi nəzərdə tutur?
“Arzu”nun təzyiq kimi təqdim etdiyi hər bir addıma (hansı ki, əslində müttəfiqlərin demokratik dəyərləri müdafiə etməsidir) vəziyyəti daha da gərginləşdirməklə cavab verir və beləliklə, Avropa İttifaqını, ABŞ administrasiyasını, Almaniya hökumətini və digər ölkələri geri çəkilməyə, mövcud durumu qəbul etməyə və “Arzu” ilə tranzaksiya münasibətlərinə keçməyə məcbur etməyə çalışır.
“Arzu” dövləti və bütövlükdə cəmiyyəti küncə sıxılmış terrorçuların etdiyi kimi girov götürüb.
“Gürcü Arzusu” hətta qeyri-iradi şəkildə olsa da, artıq eskalasiya burulğanına daxil olub və bu burulğandan onun üçün uğurlu çıxış ehtimalı getdikcə azalır.
Niyə?
“Arzu” rejimindən fərqli olaraq, demokratik dövlətlər bir liderin və ya liderlər qrupunun şəxsi qərarları ilə hərəkət etmir.
Demokratik dövlət institusional demokratiya çərçivəsində fəaliyyət göstərir, müəyyən olunmuş qaydalara və aydın prosedurlara riayət edir.
Bu səbəbdən, “Arzu” heç bir halda Brüsseli, Vaşinqtonu, Berlini və ya başqa demokratik ölkənin paytaxtını onların prinsiplərinə və prosedurlarına zidd addımlar atmağa məcbur edə bilməz.
Bundan əlavə, “Arzu”nun bu cür antidemokratik addımları böyük ehtimalla cavab reaksiyasına səbəb olacaq. Beləliklə, “Arzu” öz təcridini daha da dərinləşdirir və yaxın zamanda beynəlxalq arenada, o cümlədən bəlkə də Rusiya üçün belə, “arzuolunmaz” aktora çevrilə bilər.
Hətta Rusiyanın belə Qərb maliyyə bazarlarına çıxışı olan, onun “qara” sanksiya pullarını yumaqda yardım edə biləcək bir rejimə ehtiyacı var.
Heç kimə ölkəsini boz zonaya çevirən, hamının nifrət etdiyi və münasibətlərin heç bir praktiki fayda vermədiyi bir rejim lazım deyil.
Ona görə də özünüz qərar verin: bu, oturuşmuş totalitarizmdir, yoxsa uğursuz diktaturanın çabalamaları!”
Politoloq “Gürcü Arzusu” haqqında