Səhnə təxəllüsü Jasmin olan bu qadın artıq iki ilə yaxındır ki, hər axşam Yerevanın mərkəzi prospektlərindən birində çıxış edir. İstedadı ilə bütün yanından ötüb keçən insanları valeh etdiyinə əmindir, amma onu paytaxtın əcnəbi qonaqları daha yaxşı başa düşür. Yanında çıxış edən digər musiqiçilərin ifasını isə zövqsüz hesab edir.
Artıq səhnəyə çıxmağı arzulamır: küçə elə həmin səhnədir, tamaşaçı qıtlığı da yoxdur. O, axır vaxtlar onu çox narahat edən və aşağı səslə oxumasını tələb edən polislərdən şikayətçidir. Amma hələ ki, ifasından sonra alqış və tərif sözləri eşidən Asmik polislərin çağırışlarına məhəl qoymadan çıxışlarını davam etdirir.