Səhayətçinin gündəliyi
Gündəlik
Dilicana marşrut bir saatdan bir hərəkət edir. 100 km-lik və saat yarımlıq yola 2 dollar ödəyirəm və mən mənzil başındayam. Budur, mən piyada yürüşlər təkşilatçısı Matevos Barseqyan ilə görüşürəm.
Keçən ildən sosial şəbəkələrdə Dilicanın Ermənistanın ekoturizm mərkəzinə çevrilməsi ilə bağlı çoxlu fikirlər səslənir.
Şəhər daha abad olub. Bir çox küçələrdə təzə çəkilmiş asfalt, yeni təmir olunmuş yollar və yeni uşaq baxçaları var. Dilicanın iki mühüm şöhrəti var – birincisi, burada yerləşən balneoloji kurort, ikinci isə buranın Ermənistanın ən intellektual bölgəsi olmağıdır. Bir çox rəssamlar, rejissorlar, bəstəkarlar, alimlər məhz Ermənistanın bu bölgəsindən çıxır.
Şəhər elə də böyük tarixi keçmişə malik deyil, o 19-cu əsrin əvələrində tikilib. Lakin onun özünün “köhnə şəhəri var. Bu şəhərin təmirindən sonra turist sayı daha çoxalıb.
Riqas Zafeyrou Yunanıstandandır, onun rəfiqəsi El Kaxivaqin isə Livandan. Onlar avtostop ilə Gürcüstandan gəliblər.
“Gürcüstan sərhəddində bir Yerevandan olan ailə ilə tanış olduq, onlar evlərinə qayıdırdı. Həmin ailə nəinki bizi Ermənistana gətirdi, hətta öz planlarından imtina etməklə bizə Axpat və Sanain kilsələrini göstərdilər.
Maraqlı olan odur ki, Aleksandra və Riqas da piyada yürüşə qoşulub. Peşəkar bələdçi Matevos Barseqyan düşünür ki, Dilicana verilən ‘ekoturizm mərkəzi titulu çox gurultulu səslənir. “Sadəcə insanların istrahətə baxışı zamanla dəyişir. Indi bir çoxu istrahət günlərini televizor qarşısında keçirməksənsə, təbiət qoynunda dincəlməyi seçir.
Axı, burada gecələmək də lazımdır. Turizm agentliklərinin təklif etdiyi yerlər olduqca baha idi, mənim büdcəmi aşırdı. Adi mehmanxanalarda (B&B tipli) bu 8-9 dram (15-18 dollar) daha ucuz başa gəlir. İnternetdən Sveta nənəni tapdım.
Təqaüdçülər Sveta və Marzpet artıq bir ildir ki, adambaşı 5 min dram olmaqla öz evlərini turistlərə günlük kirayəyə verir. Tanışlar tez-tez bu evə turist göndərir. Təzəlikcə nəvəsi də internetdə bu barədə elan yerləşdirib. Barseqyan digər turist qrupuna rəhbərlik edəcəyinə gör, mən özümü başqa bələdçi axtarmağa başladım. Onunla 20 dollardan razılaşdıq. Nəqliyyatdan aslı olaraq qiymət daha da baha ola bilər.
Dilican Milli parkının rəsi səifəsində oraya getmək üçün 11 marşurutun ətrafli zahı verilib. Mən aşağıdakı qaydada hərəkət etdim: Ümümilikdə isə Erevanda bir çox yerlərdə 40 min drama ( 200 dollara) təzə, 20-25 min drama (40-50 dollar) isə istifadə edilmiş çadır almaq olar.
Min dram (2 dollar) mən buterbroda və suya xərcləmişəm. Sonda mən sevincək halda piyada səfərimdən qayıdanda “Dilican Milli Parkının nümayəndəsi Samvel Jamqaryan daha 1500 dram ödəməli olduğumu bildirdi. “Siz yəqin ki, milli parkın ərazisində yolu azmamaq üçün marşrut istiqamətlərini göstərən nişanları görduz. Meşə ərazisi həmçinin turistlərin qoyub getdiyi zibil yığınlardından təmizlənir. Qrupların istrahəti üçün xüsusi yerlər quraşdırılıb.
Azniv Sarkisyan mənim kimi səyahəti sevən biridir. O da tez–tez piyada səfərlərinə çıxır.
Azniv deyir ki, marşrut seçəndə daha çox onların nə dərəcədə maraqlı olduğuna diqqət yetirir. “Məsələn, bir dəfə Noravank parkının səfər proqramına mağarada gitara gecəsi daxil idi. Bəzən xüsusi mövzuya həsr olunan yürüşlər də olur, məsələn novruzgülü toplamaq kimi.
Dilicanlıların qoruqda informasiya mərkəzi yaratmaq ideyası marşrut tapmağa və hazırlaşmağa çox kömək etdi.
İnformasiya mərkəzinin qarşısında “ Mimino filmindən olan metal kompozisiya şəkli var.
Keçən ilə qədər informaiya mərkəzi öz vəsaitləri hesabına fəailiyyət göstərirdi, bu ildən isə dövlətin nəzrarətindədir.
“Hələik bizim işimiz tam sistemli deyil, sadəcə məlumatlandırırq və əlimizən gələn qədər kömək edirik – informasiya mərkəzinin nümayəndəsi Mikael Torosyan deyir.
Yeri gəlmişkən, bu ildən bu tip məlumat mərkəzləri Qarni, Qorisi, Çaxqadzor və Sevanda da açılıb. Bildirilir ki, bu hələlik ilkin addımlardır və bütün ölkə ərazisində böyük informasiya mərkəzləri şəbəkəsi yaradılacaq. Bu ildən İqtisadiyyat Nazirliyi bütün Ermənistan üzrə piyada səfərlərinin 40 marşrut xətti üzrə xəritəsini hazırlayacaq. Bu xəritə Ermənistandakı turizmdən həsr olunmuş rəsmi saytda yerləşdiriləcək. Ümumiyyətlə, 2013-cü ilin göstəriciləri ilə müqayisədə görə turizmin dövlət tərəfindən maliyələşməsi 4 dəfə artıb. Keçən il dövlət tuizmə 100 min dollar ayırmışdı.
Ermənistana turistlər əsasən İran, Gürcüstan, Rusiya və Avropadan gəlirlər. Lakin yanvar- mart ayının turist sayına görə bu il keçən ilin göstəricisinə görə 4 faiz azdır. Qeyd edilən tarixlərdə Ermənistana 230 min tursit səfər edib.
“Bu, Rusiyadakı maliyyə böhranı ilə bağlıdır. Rusiya turist axınına görə birinci yerdədir. Düşünmürəm ki, bu ilin sonundakı ümümi saya təsir etsin, çünki ilin ilk kvartalı turizm üçün ən əlverişsiz mövsümdür, İqtisadiyyat Nazirliyinin Turizm şöbəsinin rəhbəri Mexak Apresyan bildirir.
Ekoturizmə, yəni piyada səfərlərinə gəldikdə isə bununla bağlı statistika yoxdur. Yalnız bunu deyə bilərik: “Bizim səfərlərdə daha çox gənclər iştirak edir ki onun da ¾ qızlardır, təcrübəli bələdçi Barseqyan deyir.
“ Bizim dağlar peşəkar alpinistəri özünə cəlb etmir, bəlkə də ona görə ki, onlara dırmaşmaq elə də çətin deyil, turizm agentliklərinin birinin rəhbəri Armen Eransonyan deyir. Həmçinin o, əmindir ki, ekoturizmi inkişaf etdirməyin başqa yolları mövcuddr.
Şəxsi vəsaitim hesabına çıxdığım bu məcəralı səfərdə mənim təxmini 40 dollar xərcim çıxdı. Səyaht sevər biri kimi mənim bu dəfə də “bəxtim gətirdi. İstrahətimi ucuz və əsəbi başa vurdum!