Şərh: Moskvada etirazlar artır – repressiyalar da artacaq. Lakin cəmiyyət bunlara hazırdır
Avqustun 17-də Moskvada etiraz aksiyalarının yeni mərhələsi baş tutub.
Bu dəfə iki aksiya olub – hər ikisi də hakimiyyətin şəhər parlamentinin (Moskva şəhər dumasının) seçkilərinə müstəqil namizədlərin buraxılmaması qərarı ilə bağlı baş tutub.
Hakimiyyət Kommunist partiyasına mitinq keçirməyə razılıq verib. Lakin müxalifətin və bir neçə Moskva bələdyyə deputatının yolladığı sorğuya razılıq verməyiblər. Buna görə də, ikinci aksiyanın iştirakçıları şəhərin mərkəzində kütləvi piketləri işə salırlar.
Etirazlar bir aydan çox bundan əvvəl başlayıb, aksiyalarda on minlərlə insan iştirak edir. İndiyə kimi ən kütləvi aksiya avqustun 10-da baş tutub, həmin aksiyaya 60 mindən çox adam toplaşıb.
Etiraz aksiyalarında ümumilikdə iki mindən çox adam saxlanılıb. Bir çoxları döyülüb. 15 nəfər barəsində cinayət işləri başlanılıb, onları “kütləvi iğtişaşların təşkili” maddəsi üzrə səkkiz ilə qədər azadlıqdan məhrumetmə gözləyə bilər.
Rusiyanın müstəqil “OVD-İnfo” layihəsi operativ məlumatları toplayır və saxlanılanlara hüquqi yardım göstərir. Onun rəhbəri Qriqori Oxotin “Republic” nəşrinə Rusiyada “yeni 1937-ci ilin” başlanıb-başlanmamasından (Sovet İttifaqında kütləvi Stalin həbslərinin və güllələnmələrinin xüsusilə çox həyata keçirildiyi il – JAMnews) və müasir Rusiya ictimaiyyətinin repressiyaların yeni partlayışına münasibətindən danışıb.
—————————————–
“Mənə belə gəlir ki, “1937-ci il”, yaxud “Şimali Koreya” təəssüratı düzgün deyil. Rusiyada repressiyaların səviyyəsi adidir, son illər üçün normaldır.
Nə dəyişib – bu, etirazın strukturu, ictimai səfərbərliyin miqyasları və jurnalistlərn diqqətidir. Buna görə də, bu repressiyaları tamamilə yeni cür səslənir və yeni məna kəsb edir.
İndi o qədər adam bizi pulla dəstəkləyir ki. Yalnız 2019-cu ilin iyul ayında biz səkkiz milyon rubl (təxminən 120 min dollar) toplamışıq. Bu, bizim üçün həddən artıq çoxdur – düşünürəm ki, ümumiyyətlə, Rusiyada kraudfandinq layihələri üçün çoxdur – axı bu, təxminən 8500 ianə deməkdir.
Yanımıza çox sayda könüllü, hüquqşünas gəlir. Hazırda Moskvada onların sayı 100-150 nəfərdir, köməkçilərin ümumi sayı isə yüzlərlədir. Ümumiyyətlə, bizim könüllülər elə “OVD-İnfo” deməkdir. Onlar olmasaydı, biz çoxdan fiziki olaraq yorğunluqdan ölərdik, saxlanılanlar isə heç bir yardım almazdılar.
İndi bizi oxuyurlar, bəyənirlər və yenidən dərc edirlər – bu, hətta 2017-ci illə müqayisədə yerlə göy arasında fərq kimidir, çünki hələ o vaxt dəstək artıq güclü idi.
Ümumiyyətlə, Rusiyada bu gün artıq tamamilə başqa səviyyədir.
O qədər də uzaq olmayan keçmişlə belə müqayisədə daha bir böyük fərq isə ondan ibarətdir ki, fəalların və sadə vətəndaşların aksiyanın razılaşdırılmış olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Qolunovun (polis əməkdaşlarının narkotik atdıqları araşdırmaçı jurnalist – JAMnews) işi ürə etirazda da belə olmuşdu.
Cəmiyyətdə [etiraz aksiyalarının] razılaşdırılmasının vacib olmaması anlayışı yalnız indi yetişib. Razlaşdırılmamış aksiyalara çıxmağa hazır olan bu qədər insan, sadəcə olaraq, heç vaxt olmayıb.
Etiraz fəallığının artımından əlavə, biz həm də zorakılığa, repressiyalara nifrətin artımını, başqa sözlə, basqıya məruz qalanların dəstəklənməsinin artmasını da görürük.
• 18 yaşlı Anna Pavlikova Rusiyada MakDonaldsda söhbətunə görə həbs ediləcək
Reperlərin (onlar indi Moskva etirazlarını dəstəkləyiblər) konsertlərinin qadağan edilmısi ilə balı hadisəni yadınıza salın. Orada saxlanılanlar da olmuşdu, klublarda hamını üzüaşağı yıxırdılar. Hamı da çox gözəl təşkil olunmuşdu – və bütün bu repressiv siyasətə qarşı nəhəng konsert baş tutdu.
Bu da cəmiyyətin yeni sorğulara keçidinin mərhələlərindən biridir.
Belə bir münasibət vardı: “yaxşı, bizi vururlar – amma biz qaçarıq”. İndi isə bu onun açıq nümayişidir ki, bizi döymək lazım deyil, bizi qadağan etmək lazım deyil, bizi tutmaq lazım deyil. Başqa sözlə, yalnız “Yol ver” (seçkilərə) tələbi deyil, həm də “Burax” (saxlanılanları) tələbidir.
Hansı nəticələr çıxır?
Mən uzun müddət repressiyaların necə yekunlaşması ilə bağlı nəsə ağıllı bir şey tapmaq istəyirdim. Hansısa etibarlı tədqiqatlara rast gəlmədim. Tapdığımda isə deyilir: repressiyalar ciddi demokratikləşməyə qədər kəsilmir. Bu həqiqəyə oxşayır”.