Rəy: Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın
Paylaşmaq
Paylaşmaq
Vladimir Putin uğur qazanıb. Ukraynada hərbi əməliyyatlar başlayandan 4 il sonra o, Osakada keçrilən G-20 sammitində iştirak edir və dünyanın aparıcı siyasətçiləri ilə görüşür. Bu hadisədən bir gün öncə isə Financial Times qəzetinə müsahibə verir, o qədər də çətin olmayan sualları cavablayır və bəyan edir ki, “liberalizm ideyası özünü tamamilə tükədib”.
Putin Qərb ölkələri arasındakı ziddiyətləri dərinləşdirmək üçün istənilən imkandan yararlanır, istənilən təxribata hazırdır, The Guardian-ın şərhçisi Natali Nuqayride belə hesab edir.
Bununla belə Rusiyanın öz daxilində işlər o qədər də parlaq deyil. İqtisadiyyat acınacaqlı durumdadır, ölkənin müxtəlif yerlərində tez-tez etirazlar baş verir. Hakimiyyətin bu yaxınlarda güzəştə getməsi – araşdırmaçı jurnalist İvan Qolunovu həbsdən azad etməsi və Yekaterinburqda yerli sakinlərin narazılığına səbəb olan pravoslav kilsəsinin inşasını dayandırması məhz bununla izah edilir.
Amma Putinin əsas kozırı onun şəxsi təhlükəsizlik hissidir. Qərb çox uzun müddət əvvəlcə Sovet İttifaqının, daha sonra isə Rusiya Federasiyasının apardığı amansız müharibələrə göz yumub.
Diqqətlə baxsaq, Rusiya son 40 il müddətində qonşuları ilə müharibə şəraitindədir.
• 1979-1989 – milyondan çox əfqanın həlak olduğu Əfqanıstan müharibəsi.
• 1992 – Dnestryanı.
• 1992-1993 – Abxaziya.
• 1994-1996 и 1999-2009 – Çeçenistan.
• 2008 – Gürcüstan.
• 2014-çü ildən – Ukrayna.
• 2015-ci ildən – Suriya.
Və bunlar ayrı-ayrı epizodlar deyil, bir-biri ilə əlaqəli olan ardıcıl hadisələr zənciridir.
Məsələn, ötən həftə 2014-cü ildə Ukrayna səması üzərində Malayziyaya məxsus “boinqin” vurulmasında günahlandırılan şəxslərin adları elan edilib. Onlardan biri – İqor Qirkin – 90-cı illərin ortalarında Çeçenistanda vuruşub, orada dinc əhaliyə qarşı hərbi cinayətlər törədib.
Məhz müharibələr nəticəsində Rusiya militarizm tutması, şəxsiyyətə pərəstiş və təbliğat isteriyası yaşayır.
Biz Qərbdə Putinin liberalizmə hücumları haqda eşidəndə qaşlarımızı çatırıq. Bəs niyə ona mülki əhaliyə qarşı qəsdən və təkrarlanan cinayətlər və bu cinayətlərə görə onun şəxsi məsuliyyəti haqda suallar vermirik?