Rustavi-2 kanalının məsələsi ciddiləşir
Tbilisi şəhər məhkəməsi noyabrın 12-də müxalif kanala rəhbərlik etmək salahiyyətini hazırkı sahiblərinə qaytarıb. Bununla da, noyabrın 5-də kanala müvəqqəti rəhbərliyin təyin olunması ilə bağlı qərar ləğv edilib.
Daha əvvəl, noyabrın 5-də məhkəmə kanala müvəqqəti rəhbərliyin təyin olunması ilə bağlı qərar çıxarmışdı. Qərar nəticəsində Baş Direktor Nika Qvaramiya və maliyyə şöbəsinin rəisini müvəqqəti rəhbərlik əvəz etməli idi. Məhkəmənin özünün 12 noyabrda ləğv etdiyi, yuxarıda söhbət açılan qərar, cəmiyyətdə böyük rezonans doğurmuş, QHT və digər vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən kəskin tənqid olunmuşdu.
Rustavi-2 də sevinməyə tələsmirlər. Onların , bu növbəti “hiylə-dir. Nika Qvaramiyanın sözlərinə görə, bu məsələdə son söz Konstitusiya məhkəməsinindir. Hazırkı rəhbərlik bu instansiyaya müraciət edərək, Tbilisi Şəhər Məhkəməsi tərəfindən kanala müvəqqəti rəhbərliyin təyin edilməsinin konstitusion normalara zidd olduğunu təsdiq etməsini tələb edir.
“Kanal yalnız Konstitusia məhkəməsinin “Rustavi-2 –nin kimə məxsus olduğu haqqında son qərarından sonra rahat işləməyə davam edə bilər, Qvaramiya bəyan edib.
Müxalif kanal ətrafında baş verənləri bir çox QHT nümayəndələri və digər ekspertlər seçki ərəfəsində söz azadlığının boğulması və tənqidi yönümlü KİV-in susdurulmasına cəhd kimi qiymətləndirilər. ( Gürcüstanda parlament seçkiləri 2016-cı ilin payızına təyin olunub).
Son bir neçə həftədə Rustavi-2 telekanalı ətrafında hadisələr ildırım sürəti ilə dəyişir.
Noyabrın 3-də hakim 2006-cı ildə hakimiyyət və şəxsən Mixail Saarkaşvilinin təyziqi ilə kanalın ondan zorla alındığını bildirən keçmiş rəhbəri Kibar Xalvaşinin iddiasını təmin etdi.
Lakin, Xalvaşinin iddiasının təmin olunmasına baxmayaraq o, kanalın idarəsini ələ almağa bilməyəcək. Çünki, Konstitsiya məhkəməsinin qərarı ilə məsələ bütün müvafiq instansiyaları keçməmiş, məhkəmə qərarının dərhal yerinə yetirilməsi ilə bağlı qərar dondurulur.
Lakin, Xalvaşinin vəkilləri də məhkəməyə məsələnin digər instansiyalarda baxılacağı müddətdə kanala müvəqqəti rəhbərliyin təyin edilməsi tələbi ilə müraciət etmişdilər və iddiaları təmin olundu.
Məhkəmənin qərarını tənqid edən Nika Qvaramiya bildirmişdir ki, o qərara tabe olmayacaq. “Mən bu binadan heç yerə çıxan deyiləm. Bacarırsınızsa, gəlin məni zorla çıxardın, – gecə kanalın canlı efirində çıxış edən Nika Qvaramiya bəyan etmişdir. Qeyd edək ki, Nika Qvaramiyanın kanalın heç bir işini – maaşları dağıtmaq, sənədləri imzalamaq və s.- görməyə səlahiyyəti yoxdur.
“Biz öz xoşumuz ilə kanalın binasını tərk etməyəcəyik- kanalın xəbərlər proqramının aparıcısı, Zaal Udumaşvili digər junralist həmkarları adından bildirib.
Nika Qvaramiya
Xalvaşi və onun yeni menecerləri kanalın redaksiya siyasətində heç bir dəyişiklik etməyəcəklərini bəyan ediblər.
Onlar həmçinin Rustavi- 2 kanalının binasına zor tətbiq etməklə daxil olmayacaqlarını da bildirblər.
Buna baxmayaraq, müxalif düşərgənin siyasətçiləri və müstəqil mütəxəssislər baş verənlərin müstəqil mediyanı susdurmağa hesablandığını bildiriblər.
“Bu qərar “Rustavi-2 kanalının bütün redaksiya siyasətini darma-dağın edir və KİV azadlığının fundamental əsaslarını zədələyir, medya pluralizmini pozur və 2016-cı il parlament seçkiləri ərəfəsində Gürcüstan demokratiyasına, konstitusiya dəyərlərinə təhlükə yaradır, – doqquz nüfüzlu QHT-lərin birgə bəyanatında deyilir.
Beynəlxalq aləm də məsələyə ciddi yanaşır.
ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli bəyan etmişdir ki, kanalın kimə məxsusluğu bərədə məhkəmə prosessinin hələ bitmədiyi bir zamanda telekampaniyanın ətrafında baş verənlərdən “dərin narahatlıq keçirir.
“ABŞ səfirliyi Rustavi-2 kanalının sahiblənməsi və idarəçiliyi ilə bağlı baş verən hadisələrdən olduqca narahatdır, səfir 6 noyabrda mətbuatda yayılan bəyanatında bildirir.
“Appelyasiya prosesinin olmadığı halda kanalın idarəçiliyinin dəyişdirilməsi dərin siyasi məna daşıyır. Demokratik cəmiyyətlərdə tənqidi fikirlər boğulmamalıdır, səfir öz yazılı bəyanatında bildirir.
“Redaksiya ilə bağlı qərarlar məhkəmə salonlarında deyil, informasiya mərkəzlərində veilməlidir – AŞPA-nin KİV –nin azadlığı məsələri üzrə sədri Dunya Miatoviç bildirib, – Məhkəmənin KİV-in redaksiya siyasətinə qeyri-qanuni yollarla müdaxiləsi cəhdləri cəmiyyətin demokratik fundamentinə və qanunun aliliyinə ziddir. Mən məhkəmə sistemini “Rustavi-2 kanalının redaksiya siyasətinə hörmətlə yanaşmağı tövsiyyə edirəm.
“Rustavi-2 kanalının tərəfdarları, vətəndaş cəmiyyəti, ictimai təşkilatların və müxalif partiyaların nümayəndələri, məhkəmə qərarı açıqlandıqdan sonra, cümə axşamı gecə yarısından kanalın binasının həyatinə toplaşmağa başladılar.
Son hadisələrlə əlaqədar olaraq telekompaniya fasiləsiz gücləndirilmiş iş rejimində çalışır.