«Rustavi-2»: kanalının işi. Vəziyyət gərginləşir
Audioyazılar Tbilisi şəhər məhkəməsinin Rustavi-2 kanalının kimə məxsus olması və ölkədə dövlət çevrilişi etməklə hakimiyyətə yiyələnməklə bağlı qaldırdığı məsələlər çərçivəsində meydana çıxıb. Bununla bağlı Gürcüstan Dövlət təhlükəsizlik Nazirliyi keçən şənbə məlumat yaymışdı.
Telefon danışıqları Viber vasitəsi ilə olub. İki audioyazı yayılıb. Onlardan birində Mixail Saarkaşvili “Rustavi-2 kanalının direktoru Nika Qvaramiya ilə danışır. İkincidə isə keçmiş prezident “Vahid Milli Hərəkatın liderlərindən olan Qiqa Bokeriya ilə söhbət edir. Audioyazılar Ukraynanın http://uareview.in.ua saytında yerləşdirilib.
Gizli telefon danışıqlarında söhbət nədən gedir?
19 oktyabrda baş tutduğu iddia edilən Mixail Saarkaşvili və Niki Qvarmiya arasındakı telefon danışığında, eks prezident “Rustavi-2 telekanalının baş direktoruna kanalın kimə məxsus olduğu ilə bağlı məhkəmə işini aparan hakimin “Rustavi-2 kanalının xeyrinə qərar çıxaracağını və qərarın dərhal icra edilməsini tələb edəcəyini deyir.
Qvaramiyanın məhkəmənin qərarından sonra hadisələrin gedişatını necə görür sualına Saarkaşvili “ İnqlab senarisinə getməlisiniz cavabını verir.
“Xalqı özünün müdafiə etməyə çağırmaq, barrikadalar qurmaq lazımdır. Böyük barrikadalar qurmaq lazımdır. Artıq bu işə başlamaq lazımdır. Dəmir, müfadiə üçün lazım olan hər şey. Əsl istehkam qurun. Su və başqa lazım olan tədarükləri görün. Bu uzunmüddətli qarşıdurma olmalıdır.
Senarinin növbəti mərhələsi oktyabrın 22-sində kanalın tutulması olacaq. Kanalın tutulmasına icazə verməyin. Qarşıdurmaya getmək üçün 1500-2000 adam həmişə tapmaq olar. Möhkəm olun, əgər bir həftə dayana bilsəz, ondan sonra sizə heç nə edə bilməzlər. Axırda silahlı qarşıdurma olacaq, – Saarkaşvili deyir.
Telefon danışığının sonunda Mixail Saarkaşvili Qiqa Bokeriyaya deyir ki, “Qvaramiya elə günü sabahdan müdafiə üçün dəmir konstuksiyaların tikintisinə başlamalıdır. Mühafizəçilərdən, döyüşçülərdən ibarət elə barrikada qurun ki, oraya silahlı qarşıdurmasız girmək mümkün olmasın
Bokeriya Saarkaşviliyə onun döyüşçülərinin olmadığını deyir. Saarkaşvili isə cavab veriri ki, “partiya döyüşçünü tapmalıdır. “ Fiziki qarşıdurma vacibdir. Biz nəyə qadir olduğumuzu göstərməliyik, yoxsa heç kimə lazım deyilik. Yoxsa biz diqqəti öz üzərimizə çəkə bilməyəcəyik- Saarkaşvili deyir.
Audioyazının sonunda Saarkaşvili deyir: “ Dava –dalaş mütləq olmalıdır. Əgər onlar atəş açacaqlarsa, qoy açsınlar, nə etmək olar.
Nika Qvaramiya və Qiqa Bokeriya artıq səs yazısının doğru olduğunu təsdiqləyib.
Qvaramiya Saarkaşvilinin onun dostu olduğunu, buna baxmayaraq heç də həmişə onun məsləhətlərinə qulaq asmadığını deyir. Bokeriya həmçinin Saarkaşvili ilə “Rustavi-2 kanalına hücüm olunduğu təqdirdə mümkün müdafiə tədbirlərini müzakirə etdiyini açıqlayıb.
Mixail Saarkaşili bununla bağlı məsələni şərh edərkən telefon yazılarının həqiqiliyini təsdiq edib və bildirib ki, Gürcüstanda azad medianın köməyə ehtiyacı var və “mənim insanları mübarizəyə səsləməyim heç kimi təəcübləndirməsin….
Hökümətin reaksiyası
Gürcüstan təhlükəsizlik nazirliyi artıq telefon danışığının nə dərəcədə həqiqi olduğu məsələsinin araşdırılmasına başlayıb. Audio yazıların yayılmasından bir neçə saat sonra Qiqa Bokeriya və Nika Qvaramiya ifadə vermək üçün çağırılıblar.
Bununla paralel olaraq Gürcüstan Ədliyyə naziri Teya Çulukiani bəyan etmişdir ki, nazirlik Muxail Saarkaşvilinin gürcüstan vətəndaşlığından çıxarılması prossesinə başlayıb.
Yayılan səs yazıları ilə bağlı Gürcüstanın baş naziri İrakli Qaribaşvili xüsusi bəyanat yayıb. O səs yazılarını “ dövlətçiliyə qarşı yönəlmiş addım adlandırıb.
“Əhalini sakitləşməyə səsləyirəm- biz tam şəkildə vəziyyətə nəzarət edirik…Dövlət və şəxsən mən hər bir vətəndaşın təhlükəsizliyini qoruyacağımıza təminat veririk, – Qaribaşvili bəyan edir.
Baş Nazirin bildirdiyinə görə dövlətə qarşı təxribat etməyə çalışan hər kəs cəzalandırılacaq. Baş nazir həmçinin jurnalistlərə də müraciət edib. O, kütləvi informasiya vasitələrinin nümayəndələrinə “diqqətli olmağı və dar siyasi baxışlı dairələrin əlində oyuncağa çevrilərək, çevrilişə qarışmamağı məsləhət görüb.
Rustavi-2-nin əməkdaşlarının reaksiyası
30 oktyabrda Rustavi 2 telakanalının binası qarşısında məhkəmənin gedişatına etiraz və hökümət tərəfindən məhkəməyə təsir edilməsinə qarşı olaraq etiraz aksiyası keçirilməsi planlaşdırılırdı. Kanalın rəhbəri Nika Qvaramiya onlara təxribatdan qaçmaq üçün kanalın binası önünə toplaşmamağı xahiş etmişdi.
“Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün biz hamıdan xahiş edirik ki, bizi müdafiə etmək üçün etiraza çıxmasın. əgər kanalın müdafiəyə ehtiyacı olsa, biz özümüz onu müdafiə edərik. Əgər doğurdan da atışma olacaqsa, ki bunun olmayacağına ümid edirik, qoy bizi vursunlar, – Qvaramiya bəyan edib. Baş direktor həmçinin vurğulamışdır ki, o Saarkaşvilinin məsləhətlərinə qulaq asmayıb və göründüyü kimi kanalın ətrafında barrikada qurulmayıb
Səs yazılarının yayılmasından dərhal sonra Rustavi-2 kanalının jurnalistləri bıyanat yaydı.
“ Biz istənilən güc tətbiqinin qəti şəkildə əleyhinəyik. Bizim kanalın fəaliyyəti heç bir siyasi qüvvəyə bağlı deyil və bizim əsas məqsədimiz juranalist kimi üzərimizə düşən vəzifəni yerinə gətirməkdir, – bəyanatda bildirilir.
“Rustavi-2-nin Baş Direktoru Nika Qvaramiya bəyan edib ki, Rustavi-2-i heç bir inqilab senarisi qurmayıb. Və əgər Rustavi-2 ətrafında hər hansı bir təxribat yaransa bunun bütün məsuliyyəti hökümətin üzərinə düşür.
Qanunsuz dinləmələr və şantaj
Qeyri-hökümət təşkilatları bu məsələnin digər vacib tərəfinə diqqət çəkirlər: ukraynanın saytında səs yazılarının yayılması nə dərəcədə qanuna uyğundur?
Bununla yanaşı, “Rustavi-2 kanalının rəhbəri Nika Qvaramiyanın keçən həftə kanalın efirindən səsləndirdiyi bəyanat da olduqca maraqlıdır. O, bəyanatında hökümətin onun şəxsi həyatına aid səs yazılarını icitmaiyyətə yayacağı ilə hədələməklə öz vəzifəsindən istefa verməsinə nail olmağa çalışdığını bildirmişdi.
Gürcüstanın Gənc hüquşünaslar assosiasiyasının sədri Anna Naçvlişvilinin sözlərinə görə, ukrayna saytlarında səs yazılarının yayılması Nika Qvaramiyaya qarşı hökümət həqiqətən hədə-qorxu gəlindiyini göstərir.
“Bu səs yazıları bir daha sübüt edir ki, Qvaramiyaya həqiqətən təyziq olub. Çünki, o, öz ünvanına məhz bu təhdidlərin olduğunu bildirmişdi. Buna görə də bu yazıların nə dərəcədə qanuni olduğu araşdırılmalıdır – Anna Naçvlişvili bildirir.