Rusiyanın LGBT fəalları Çeçenistandan geylərin evakuasiyası üçün 300 min avro toplayıb
Rusiyanın LGBT fəalları Çeçenistandan geylərin evakuasiyası və onlara psixoloji yardım göstərilməsi üçün 2017-ci ilin aprelindin bəri 300 min avro toplamağa nail oluub.
Geylərin Çeçenistandan evakuasiyası üzrə əməliyyat Rusiya mətbuatında bu respublikada qeyri-ənənəvi oriyentasiyaya sahib insanların təqib olunduğu haqda xəbərlər yayılandan sonra başlayıb. Mayın 18-ə olan məlumata əsasən, “Rusiya LGBT şəbəkəsi” geylərin Çeçenistandan evakuasiyası üçün 176 min dollar tolaya bilib.
Apreldə “Novaya qazeta” Çeçenistanda qeyri-ənənəvi seksual oriyentasiyada şübhəli bilinən kişilərin kütləvi həbsi və qətli, həmçinin Arqundakı geylər üçün “gizli həbsxana” haqda məlumat yaydı. Çeçenistan hakimiyyəti bu materialları təxribat adlandırdı. Amma “Kavkazskiy uzel”in sorğusuna cavab verən Çeçenistan sakinləri bildiriblər ki, geylərə qarşı fiziki zorakılıq haqda materiallar dərc olunmazdan əvvəl də məlum olub.
“Rusiya LGBT şəbəkəsi”nin məlumatına görə, 2017-ci iilin aprelindən başlayaraq yeddi ay ərzində homoseksual vətəndaşların Çeçenistandan evakuasiyası kampaniyası çərçivəsində 300 min avro toplamaq mümkün olub.
“Əldə edilmiş vəsait evakuasiyaya yardım üçün xərclənib, daha dəqiqi isə nəqliyyat, yaşayış yeri, qida, ilk ehtiyac əşyaları, tibbi və psixoloji yardım və bütün lazımı sənədlərin tərtib olunmasına. Bütün arzu edənlər Çeçenistanın həyati təhlükədə olan geyləri, lesbiyanları, biseksualları və transgenderlərinə bacardığı qədər yardım edə bilər”, – “Ruusiya LGBT şəbəkəsi”nin məlumatında deyilir.
Bununla belə təşkilatın məlumatında 2017-ci ilin oktyabrına qədər Çeçenistandan nə qədər geyin evakuasiya edildiyi açıqlanmır. İyula olan məlumata görə, Şimali Qafqazda seksual oriyentasiyası üzündən təzyiq və təqiblərə məruz qalan insanların xilası üzrə aksiya başlayandan bəri kömək üçün müraciət edənlərin sayı 130 nəfərdir, onlardan 60 nəfəri evakuasiya olunub. Sentyabrın 3-də Kanadanın Rainbow Railroad qeyri-kommersiya təşkilatı çeçenistanlı 35 geyə Rusiyanı tərk etmələri üçün kömək edib.
Bununla yanaşı “Rusiya LGBT şəbəkəsi”nin məlumatında qeyd olunur ki, avqustun sonunda Rusiya LGBT təşkilatlarının koalisiyası BMT-nin iqtisadi, mədəni və sosial hüquqlar üzrə Komitəsinə Rusiyada LGBT-nin vəziyyəti ilə bağlı hesabat təqdim edib.
Hesabat seksual oriyentasiya və gender eyniliyi əsasında əmək sahəsində diskriminasiya, nifrət cinayətləri, transgenderlərə qarşı diskriminasiya kimi mövzuları əhatə edir, məlumatda bildirilir.
Rusiya LGBT şəbəkəsinin məlumatına əsasən, LGBT nümayəndələrinin 17 faizi işverənlə və ya həmkarları ilə məhz onların seksual oriyentasiyası və ya gender eyniliyi üzündən problem yaşayıb. Hesabata həmçinin Rusiyada LGBT nümayəndələrinin qarşılaşdıqları insan haqlarının pozulması, diskriminasiya hallarına dair konkret misallar da daxil edilib.
Daha əvvəl “Rusiya LGBT şəbəkəsi” Çeçenistanda geylərin təqib olunması ilə bağlı faktlar haqda hesabat dərc edib. Şimali Qafqaz regionunda LGBT nümayəndələrinin təqib olunmasına dair hesabatın əsasını Çeçenistanda homoseksuallara qarşı keçirilən bir neçə kampaniya əsnasında qanunsuz həbsə və işgəncələrə məruz qalan 33 nəfərin ifadəsi təşkil edir. Çeçenistanda qohumları qeyri-ənənəvi seksual oriyentasiyaya sahib insanları qəddarca döyür və qətlə yetirir, hakimiyyət isə buna göz yumur və hətta buna birbaşa göstəriş verir. “Rusiya LGBT şəbəkəsi”nin “Novaya qazeta”nın xüsusi müxbiri Yelena Milaşina ilə birgə hazırladığı hesabatda belə deyilir.