“Gürcüstanın NATO-ya birləşməsinin fəlakətli nəticələri olacaq”, – Rusiyanın Baş naziri Dmitri Medvedyev “Kommersant FM” radiostansiyasına müsahibəsində bəyan edib.
“Gürcüstanın Şimali Atlantik alyansına daxil olması dəhşətli münaqişəyə səbəb ola bilər. Başa düşmürəm, o niyə belə etsin ki”.
Medvedyev həmçinin bəyan edib ki, 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən “qaçmaq olardı”. Hələ ki müsahibədən çıxarışlar dərc olunub. “Kommersant FM” tam mətni daha sonra qoyacağını vəd edir.
NATO on il əvvəl Buxarestdə keçirilmiş sammitdə bəyan edib ki, gələcəkdə Gürcüstan və Ukrayna onun üzvləri olacaq.
İyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq alyans liderlərinin Gürcüstanın NATO-ya daxil olması niyyətini dəstəklədiyini təsdiqləyib. Hərçənd o, daxil olma müddətini dəqiqləşdirməyib
Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya NATO-nun Ukrayna və Gürcüstan hesabına genişlənməsinə olduqca mənfi münasibət bəsləyir.