Rusiyalı rəssam Fyodor Pavlov-Andreyeviç Londonda Çeçenistan geylərinə dəstək aksiyası keçirib. Beş saat ərzində o, xalçaya bürünmüş şəkildə körpüdən asılı qalıb. Aksiya Gazelli Art House qalereyasının qarşısında baş tutub. Rəssamın sözlərinə görə, öz aksiyası ilə o, Çeçenistanda geylərin təqib olunmasına diqqət çəkmək istəyib.
“Xalçadan dua etmək üçün istifadə olunur. Amma İslam ənənələrinə görə, ölüləri də xalçaya bürüyürlər”, – rəssam izah edib.