Rusiyalı jurnalist Qolunov barəsində iş dayandırıldı. O azad ediləcək
Paylaşmaq
Paylaşmaq
Rusiyanın “Meduza” nəşrinin araşdırmaçı jurnalisti İvan Qolunov barəsində cinayət işi dayandırılıb. Bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib.
Onun sözlərinə görə, narkotiklərin yayılması ittihamı üzrə işə jurnalistin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi səbəbi üzündən xitam verilib. Bu gün onu ev dustaqlığından buraxacaqlar.
İyunun 6-da polis Qolunovu Moskvada narkotiklərin yayılmasında ittiham edərək saxlamışdı. O. beynin silkələnməsinə qədər döyülmüş, buna görə də, diaqnoz qoyulması üçün xəstəxanaya aparılmışdı.
Məhkəmənin qərarı ilə İvan Qolunov ev dustaqlığına məhkum edilmişdi.
Sabaha, iyunun 12-nə Moskvada İvan Qolunovun azad edilməsi tələbi ilə marş təyin edilmişdi.