Rusiyalı jurnalist İvan Qolunov həbs təhlükəsi qarşısında
İvan Qolunov məşhur rusiyalı jurnalistdir. O araşdırmaçı jurnalist kimi tanınır. Onun məqalələri arasında paytaxt meriyasnda pozuntular barədə araşdırmalar var. “Vedomosti”, “Forbes”, RBK, “Slon” nəşrlərində və “Dojd” telekanalında işləyib.
Hazırda o, “Meduza” nəşrinin müxbiridir və diaqnoz qoyulması üçün xəstəxanadadır – polis tərəfindən beyin silkələnməsinə qədər döyülməsi üzündən.
İyunun 6-da İvan Qolunov Moskvanın mərkəzində, Daxili İşlər Nazirliyinin saytında bildirildiyinə görə, narkotiklərin satışında şübhəli bilinərək saxlanılıb. Saxlanılan zaman və şöbədə ona qarşı fiziki güc tətbiq edilib, zəng etmək və vəkilini çağırmaq hüququndan məhrum edilib, bir sutka əli qandallı saxlanılıb.
İyunun 7-də, Qolunovun saxlanılması və şöbədə ona qarşı irəli sürülən ittiham barədə məlum olduqdan sonra bu, qızğın ictimai reaksiyaya səbəb oldu. Yüzlərlə insan təkadamlıq piketlərdə Qolunovu dəstəkləmək üçün Moskva polisinin binasının qarşısına gəldi. Etiraz edənlərin çoxu saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.
Qolunovun azad edilməsi tələbi qoyulmuş petisiyanı sutka ərzində onun 3 mindən çox həmkarı – jurnalistlər, redaktorlar, prodüserlər imzalayıb. Elə həmin tələb qoyulmuş ümumi petisiya artıq 20 mindən çox imza toplayıb.
“Novaya qazeta”nın qurucusu Dmitri Muratov və “Exo Moskvı” radio stansiyasının baş redaktoru Aleksey Venediktov məhkəməyə zaminlik təqdim ediblər. “Meduza” müraciətlə çıxış edib. Müraciətdə deyilir:
“Biz əminik ki, İvan Qolunov təqsirsizdir. Bundan əlavə, bizim güman etməyə əsasımız var ki, Qolunov jurnalist fəaliyyətinə görə izlənilir. Bilirik ki, son aylarda Vanyaya hədə-qorxu gəlirdilər; bilirik ki, bu hansı hazırlanan məqaləyə görə idi; kim tərəfindən olduğunu da güman edirik”.
İyunun 8-də Qolunovun saxlanıldığı polis şöbəsinə təcili yardım çağırıldı. Həkim qabırğaların sınığı və beynin silkələnməsi, həmçinin hematoma aşkarladı. Qolunov diaqnoz qoyulması üçün xəstəxanaya aparılıb, orada isə qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəməyə çatdırılacaq.
Sosial şəbəkə istifadəçiləri və Qolunovun həmkarları baş vermiş hadisəyə öz mövqelərini bildiriblər:
“Novaya qazeta” ətraflı, müstəqil və obyektiv təhqiqat tələb edən həmkarlarının bəyanatlarını dəstəkləyir, həmçinin İvan Qolunovun həm saxlanılmış şəxs kimi hüquqlarının pozulması barədə məlumatların, həm də onun yanına vəkilin buraxılmaması və mümkün fiziki zorakılığın tətbiqinin idarə daxili və prokuror yoxlanmasının aparılmasında iddialıdır.
“İvan Qolunovun araşdırmalarında, demək olar ki, siyasət olmurdu – məmurların və hakimiyyətlə əlaqəli biznesin iqtisadi cinayətlərini təsvir edən quru rəqəmlər”, – “Dojd” telekanalının bəyanatında deyilir.
“Məşhur araşdırmaçı jurnalist İvan Qolunovun barəsində həyasız və vicdansız təxribat – Rusiyada yaxın illərdə qaçılmaz hakimiyyət tranziti nəticəsində mövqelərinin itirilməsindən ehtiyat edən hakimiyyət və güc strukturlarının maraqlarına xidmət edən hibrid, sürünən çevrilişin həyata keçirilməsindən başqa bir şey deyil”, – məşhur jurnalist Arkadi Dubnov özünün “Facebook” hesabında yazıb.