Rusiyalı deputat Azərbaycanı nüvə zərbəsi ilə təhdid edib, Kreml məsələyə qarışmalı olub
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin RF dövlət televiziyasında çıxış edərkən Azərbaycanı Qarabağdakı “təcavüzkar əməllərinə” görə “cəzalandırmağa” çağırıb. Daha sonra o, “Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbə endirməyə dəyərmi” sualı ətrafında sorğu keçirib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov və bu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın timsalında Kreml məsələyə qarışmalı olub. Ancaq bundan sonra Delyaqin azərbaycanlılardan üzr istəyib.
- Rusiya və Azərbaycan arasında gərginlik artır. İndi KİV-lər səviyyəsində
- Qarabağın şərqində “üçhakimiyyətlilik”? Üç qurumun fərqli məlumatları
- Qarabağda vəziyyət dəyişməyib, qaz təminatı bərpa ediləcək
Nə baş verib?
Rusiyanın dövlət telekanalının efirində RF Dövlət Dumasının “Ədalətli Rusiya” partiyasından olan deputatı, Dumanın iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin Azərbaycanı “cəzalandırmağa” çağırıb. Azərbaycanın Qarabağdakı “təcavüzü”, o cümlədən də Azərbaycanın Müdafiə Nazirliyinin Azərbaycan ordusunun martın 24-də tutduğu mövqeləridən geri çəkildiyini bildirən rusiyalı həmkarlarının yalanını ifşa etməsi deputatın xoşuna gəlməyib.
Martın 24-də Azərbaycan SQ Qarabağın şərqində, RF sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi hissəsində Fərrux kəndini və Daşbaşı strateji yüksəkliyini öz nəzarətinə götürüb. Azərbaycan ordusunun rəhbərliyi öz addımını dislokasiyanın dəqiqləşdirilməsi ilə izah edib.
Bakı Qarabağda ordunun yerdəyişməsini Ermənistan və RF sülhməramlı kontingenti tərəfindən 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinin 4-cü maddəsinin yerinə yetirilməməsi ilə izah edir. Həmin maddəyə əsasən, erməni silahlı qüvvələri Qarabağı tərk etməlidir.
Televiziyada çıxışından sonra Mixail Delyaqin şəxsi Telegram kanalında Azərbaycan sənayesinə nüvə zərbəsi ilə bağlı sorğu keçirib.
Deputatın televiziya efirindəki çıxışı və keçirdiyi sorğu Azərbaycanda qəzəb dalğasına səbəb olub. Delyaqinin üzvü olduğu Rusiyanın “Ədalətli Rusiya” partiyasının ekstremist təşkilat elan edilməsi çağırışı səslənib.
Azərbaycanlı deputatın şərhi
Milli Məclisin deputatı Rasim Musabəyov baş verənləri şərh edib.
“Jirinovski ölüm yatağındadır və Rusiya Dövlət Dumasında ən hoqqabaz siyasətçi roluna kastinq keçirilir. İlk rola yeni deputatlardan biri, Mixail Delyaqinin iddia etdiyi dəqiqdir.
İqtisadçı kimi onu heç kim və heç yanda, o cümlədən də Rusiyada ciddi qəbul etmir. Görünür ki, buna görə də bu subyekt geosiyasət və hərbi təhdidlər sahəsində seçilmək qərarına gəlib.
Martın 28-də “Rossiya 1” kanalının “60 dəqiqə” iyrənc proqramının efirində o, Azərbaycanın neft infrastrukturuna hərbi zərbə endirməyə çağırıb. ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələri tərəfindən Ukraynaya qarşı təcavüzə görə Rusiyanın enerji resurslarının alışına embarqo qoyulduğu bir şəraitdə Moskvada digər ixracatçı ölkələrin neft və qaz çatdırmasına süni məhdudiyyətlər yolu ilə bazarda qıtlıq yaratmaq və sanksiyaları pozmaqdan daha yaxşı bir şey düşünə bilməyblər.
Bu məqsədlə uydurma bəhanə ilə Novorossiyskdən Qazaxıstan neftinin göndərilməsi dayandırılıb. Görünür ki, analoji ideyalar Kremlin bəzi başabəla strateqlərinin beynində dolaşır, Delyaqinə isə sadəcə bu ideyanın səsləndirilməsi tapşırılıb.
Bu şəxslərin nəzərinə çatdırıram ki, Azərbaycanın HHM və RHM sistemləri postsovet məkanında ən müasir və təkmil sistemlərdir. O, Rusiyanın özündən alınmış ən son S-300PMU2 Favorit-in iki bölməsinə, çoxlu sayda Buk-MB, Tor-M2E, həmçinin İsrailin SPYDERSR (məşhur Dəmir Günbəz) və Barak-8-ə əsaslanır.
Azərbaycanın hava hücumundan və raket hücumundan müdafiəsi 2020-ci il 44 günlük müharibədə enerji infrastrukturu obyektlərini etibarlı şəkildə qorudu.
Həmçinin ingilis yazıçı Robert Lyuisin məşhur sözlərini xatırladıram: “…Şüşə evdə yaşayan kəs başqalarına daş atmamalıdır”.
Delyaqinin RF-dəki siyasi və ictimai çəkisi o qədər kiçikdir ki, o, heç özünün “yumşaq yerinin” təhlükəsizliyini təmin edə bilmir, daha RF-nin enerji infrastrukturu haqda danışmıram.
Odur ki, dövlət tülükanalının ekranından hələ ki dost Azərbaycanın neft infrastrukturunun məhvi ilə bağlı məsuliyyətsizcə təhdidlər püskürmək lazım deyildi”, – Musabəyov minval.az saytına bildirib. Yeri gəlmişkən, “Roskomnadzor”un qərarı ilə Rusiya ərazisində bu xəbər saytına giriş bloklanıb.
Milli Məclisin deputatı Mixail Zabelinin rəhbərliyi altında Azərbaycanın Rusiya icması da Delyaqinin ünvanına etirazlarını səsləndiriblər.
Kremlin reaksiyası
“Deputat Delyaqinin Rusiyanın Bakının neft yataqlarına zərbə endirməsi ehtimalı ilə bağlı sözləri qətiyyən Moskvanın xəttinə müvafiq deyil”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Delyaqinin təhdidini şərh edərkən bildirib.
Peskov Delyaqini öz emosiyalarına nəzarət etməyə və Azərbaycana qarşı düşməncə bəyanatlardan çəkinməyə çağırıb.
“Bu bəyanat həddini aşan şəxsi emosiyalar müstəvisindədir. Biz bu emosiyalara nəzarət etməyə və xüsusən də bizim tərəfdaşlara qarşı belə bəyanatlardan çəkinməyə çağırırıq, Azərbaycam tərəfdaş dövlət kateqoriyasına aiddir”, – Kremlin mətbuat katibi bildirib.
“… İstənilən bu cür bəyanatları biz qətiyyən yolverilməz və məsuliyyətsiz hesab edirik. Onlar Bakı ilə müttəfiq və strateji tərəfdaşlıq münasibətləri qurmağı hədəfləyən ölkəmizin, Rusiya rəhbərliyinin rəsmi mövqeyini qətiyyən əks etdirmir. Əminəm ki, bu cür təxribatçı bəyanatlara Dövlət Duması tərəfindən də müvafiq qiymət veriləcək”, – RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Delyaqin üzr istəyib
Kremlin sərt reaksiyasından sonra Dövlət Dumasının deputatı Mixail Delyaqin azərbaycanlılar qarşısında üzr istəyib. O, Facebook səhifəsində yazıb:
“RF prezidenti və baş komandanının mətbuat katibi Dmitri Peskov emosiyaları cilovlamaq və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməmək tövsiyəsində tam haqlıdır və mən bu tövsiyələrə tam əməl edəcəm.
Mənim çıxışım və Telegram-da apardığım sorğu ümumilikdə Azərbaycan xalqına və dövlətinə yox, güman ki, Rusiya qüvvələrinin xüsusi hərbi əməliyyata səfərbər olduğu bu vəziyyətdə onun sülhməramlılarına qarşı saymazyana davranmaq qərarına gəlmiş Azərbaycan bürokratiyasının yalnız bəzi hissəsinə aid idi.
Zənnimcə bu qərar özünü onda göstərib ki, Azərbaycan qoşunlarının bizim sülhməramlıların məsuliyyət zonasında yerləşən yaşayış məntəqəsini tutduğu haqda məlumatdan sonra bizim Müdafiə Nazirliyi müzakirələrdən sonra Azərbaycan qoşunlarının geri qayıtdığını bildirdi, Azərbaycanın Müdafiə Nazirliyi isə çox nəzakətlə Azərbaycan qoşunlarının heç yana getmədiyini izah etdi.
Şübhəsiz ki, eşidilmək üçün şişirtməyə yol verməli oldum və mən sözlərimdən sonra özünü qorxmuş, təhqir olunmuş və çaşqın, yaxud digər mənfi emosiyalar hiss etmiş bütün millətlərdən olan insanlardan (sadəcə azərbaycanlılardan yox) səmimi şəkildə üzr istəyirəm. (Təbii ki, bu, rus dilində ancaq söyüş bildikləri üçün mənim sözlərimi anlaya bilməyənlərə aid deyil)”.