Rusiyalı bloger İlya Varlamovu niyə Azərbaycana buraxmayıblar?
İlya Varlamov Bakıya noyabrın 2-də axşam təyyarə ilə gəlib. Sərhədçilər ona bildiriblər ki, “Azərbaycana gəlməsi arzuolunan deyil”. Səbəbini izah etməyiblər və deyiblər ki, blogerin iki variantı var: aeroportda bir sutka gözləyib, növbəti reyslə Moskvaya qayıtmaq, ya da öz puluna bilet alıb istənilən istiqamətə uçmaq. Varlamov İstanbulu seçib.
Azərbaycan mediası və dövlət strukturları Varlamovun ölkədən çıxarılmasına keç bir reaksiya verməyib. Sosial şəbəkələrdə isə Valamovun ölkəyə girişinin qadağan olunması səbəbləri haqda ehtimallar irəli sürülür. Xarici İşlər Nazirliyinin saytındakı arzuolunmaz şəxslərin rəsmi siyahısında onun adı yoxdur. Azərbaycana giriş qadağası üçün ən sadə səbəb Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağın ziyarət edilməsidir. Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan sərhədçilərini “yan ötərək” Dağlıq Qarabağa gedən hər bir kəs qanunu pozur.
• Bloger Lapşin necə və niyə Azərbaycanda məhbəsə düşüb?
• Azərbaycan sakinləri Zaranın gəlişinə niyə etiraz edirdi?
Amma Varlamov Dağlıq Qarabağda olmayıb.
Tənqidə görə intiqam?
“Dağlıq Qarabağda heç vaxt olmamışam, Azərbaycan qanunvericiliyini pozmamışam. Ola bilər ki, səbəb mənim Bakı haqda köhnə paylaşımlarıımla bağlıdır”, – bundan əvvəlki səfərini nəzərdə tutaraq bloger ehtimal edib. O, Bakıya 2016-cı ildə gəlib və adəti üzrə yalnız “yaxşı Bakı” haqda yox, “pis Bakı” haqda da yazıb, məsələn, gecəqondular, zibilliklər və işsizlik haqda. Bu bir çox bakılıların xoşuna gəlməyib – blogeri çoxları qəti pisləyib. Və indi Varlamov güman edir ki, yalnız sadə şəhər sakinləri yox, Xarici İşlər Nazirliyi də ona qəzəblidir və indi ondan qisas alırlar.
Moskva tərəfə təzim?
“Varlamovun siyasi mövqeyinə əsaslanan bir versiya da çox mümkün görünür. Son zamanlar o, Rusiya müxalifətinin aksiyalarını, “Bolotnı” meydanında keçirilən mitinqləri fəal şəkildə işıqlandımış, Moskva və Omckda merliyə namizədliyini irəli sürmüşdü və orada onu müxalifətçi Navalnı və “şübhəli” yazıçı Akunin dəstəkləyirdi. İstisna deyil ki, Azərbaycan hakimiyyəti belə bir qalmaqalçını ölkədə görmək istəməyib. Digər hakimiyyət tənqidçisi – musiqiçi Andrey Makareviçin ölkəyə buraxılmamasını xatırlamaq olar. Onun Bakıdakı konserti əvvəlcədən razılaşdırılmış olsa da, ən son məqamda uydyrma səbəblə ona etiraz etilər”, – JAMnews-un siyasi şərhçisi Şahin Rzayevin versiyası bundan ibarətdir.
Sosial şəbəkələrdəki müzakirələr
Varlamovla bağlı durum əsasən onunla eyni informasiya sahəsində olan rusdilli bakılılar arasında müzakirə edilir.
Səciyyəvi şərhlər:
“Yox, bu bizə lazım idi?)) Bizə buraxmadılar, ermənilər dərhal ora dəvət etməyə başladılar. Elə hesab elə ki, bizimkilər “Gözəl Yerevan” haqda məqalə sifariş verib. Bu bizə lazım idi, soruşuram?)))”
“O, ümumiyyətlə nədir ki, ondan ötrü narahat da olaq?! Düşünürəm ki, qoymamaq üçün səbəbləri olub”.
“Bu, biz bakılılar üçün də dəhşətli dərəcədə məyusedicidir. Dövlətimiz prezidentin yaratdığı imicə rəğmən, istədiyimiz qədər qonaqpərvər deyil. Siyasi nöqteyi-nəzərdən də hər şey çox pisdir. Heç bir tənqidə dözümləri yoxdur”.