Rusiyada prezident seçkiləri keçirilir
Martın 18-də Rusiyada prezident seçkiləri keçirilir. 2008-ci ildə Rusiya Konstitusiyası dəyişdiriləndən sonra, Rusiya prezidenti altı il müddətinə seçilir.
Bir çox ekspertlər deyirdi ki, Vladimir Putinin qalib gələcəyinə şübhə etmirlər, belə olan halda o, dördüncü dəfə prezident postunu tutacaq. Bu cür olacaq yoxsa sürpriz baş verəcək – yəqin ki, martıq 19-da səhər məlum olacaq.
Seçicilərin iştirak sayı bütün seçkilərdə vacib məsələdir, amma Rusiyada indiki prezident seçkilərində bu, xüsusilə vacibdir. Bu da RF-nin bütün regionlarında Rusiyanın aparıcı müxalifətçisi Aleksey Navalnının bir neçə ay ərzində keçirdiyi səs-küylü “Seçicilərin tətili” aksiyası ilə bağlıdır.
O, bu uzunmüddətli aksiyaya prezident seçkilərinə öz namizədliyini irəli sürmək üçün razılıq əldə edə bilmədikdən sonra başlayıb. Mərkəzi Seçki Komissiyası onu seçkilərə buraxmayıb və bunu bitməmiş müttəhimliklə izah edib – 2009-cu Navalnı o vaxtlar işlədiyi “Kirovles” müəssisəsinin əmlakını talamaqda ittiham edilib. Həmin iş Avropa İnsan Haqları Məhkəməsində araşdırılıb, məhkəmə bildirib ki, Navalnının bu halda ədalətli məhkəmə araşdırılması hüququ pozulub.
Amma bu, Rusiyanın Mərkəzi Seçki Komissiyasını (MSK) narahat etməyib və Navalnının Rusiya prezidentliyinə namizədliyini qeydiyyatdan keçirməyiblər.
İl ərzində Aleksey Navalnı genişmiqyaslı kampaniya keçirib, bütün ölkəni dolaşıb, mitinqlər təşkil edib, özünün Youtube kanalında yüksəkvəzifəli rüşvətxor məmurlarla bağlı araşdırmalarını yerləşdirib.
O dəfələrlə elan edib ki, Kremlin bu seçkilərdə əsas məqsədi daha çox adamın gəlməsidir, çünki məhz bu, seçkilərin legitimliyini artırır. Buna görə də Navalnının bir çox tərəfdarı seçkilərə müşahidəçi kimi gəlib, seçicilərin iştirak sayını izləyib.
Bu gün, seçkilər günü jurnalistlər Navalnıdan xəbər alıblar ki, seçki məntəqələri bağlanandan sonra mitinq keçirəcəkmi. “Bu gecə nələrinsə baş verib-verməyəcəyi həll olunacaq, çünki pozuntular haqqında əsas məlumatlar məntəqələr bağlanandan sonra ortaya çıxır”, – deyə siyasətçi bildirib.
Hazırda seçicilərin iştirakı ilə bağlı vəziyyət necədir?
“Novaya qazeta”nın məlumatına görə, Moskva vaxtı ilə 15:00 üçün ən az sayda seçici Peterburqda, ən çox isə Çuvaşiyada gəlib.
Peterburqda 15.00- a qədər 38.99 faiz gözlənilən seçici gəlib.
Moskvada — 40.06 faiz.
Liderlər isə aşağıdakılardır:
Çuvaşiya — 71.76 faiz
Yamal-Nenes muxtar dairəsi – 69.93 faiz
Çeçenistan — 68.56 faiz
R
usiyanın bu prezident seçkilərdə son 18 ildə ən çox namizəd olub – 8 nəfər. Standart namizədlərdən ikisi qalıb – Vladimir Putin və Vladimir Jirinovski. Jirinovski Rusiya tarixində bütün prezident seçkilərində iştirak edib.
Seçkilərə gələnlər həm də 2000-ci ildən seçkilərdə iştirak etməmiş Qriqori Yavlinskiyə səs verə bilərdilər. Öz proqramında o, Suriya və Şərqi Ukraynada müharibələri dayandırmağı, Krımın statusu üzrə beynəlxalq konfransın keçirilməsinə nail olmağı, Rusiya büdcəsini yenidən nəzərdən keçirməyi, təhsil və səhiyyəyə xərcləri artırmağı vəd edirdi. Bununla belə, Yavlinski bu seçkilərdə qalib gəlməyəcəyini, məqsədinin on milyon səs toplamaq olduğunu açıq şəkildə bildirirdi.
Yarım il əvvəl gözlənilmədən seçkilərdə iştirak edəcəyini bəyan edən Kseniya Sobçak da eyni proqramla çıxış etdi. O, özünü “hamıya qarşı namizəd” kimi təqdim edirdi. Kseniya Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın qızıdır. 90-cı illərdə Sobçakın ən yaxın köməkçisi Vladimir Putin olub.
Kseniya Sobçak dəfələrlə şəxsən Vladimir Putin və indiki Rusiya hakimiyyətinin kəskin tənqidi ilə çıxış edib. Bununla belə, bir çox nüfuzlu ekspertlər hesab edirlər ki, Sobçakın kampaniyası Kremllə razılaşdırılıb və diqqəti Aleksey Navalnıdan çəkindirmək üçün edilib.
Bu seçkilərdə prezident postuna Rusiya Federasiyasının Kommunist Partiyası (RFKP) tərəfindən Pavel Qrudinini namizədliyi irəli sürülüb. O, indiyə qədər prezident seçkilərində dörd dəfə iştirak etmiş RFKP başçısı Gennadi Züqanovu əvəz edib.
Bülletendə daha bir neçə soyad olub – Suraykin, Titov və Baburin. Amma ekspertlər yekdilliklə bildirirlər ki, onlar ən az sayda səs toplayacaqlar.