Rusiyada hesab edirlər ki, Ermənistan Ukraynanın yolunu təkrarlayır
Foto: Azatutyun.am
Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq haqda Sazişin imzalanması Rusiyanı narahat edir. Sənəd artıq paraflanıb, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Sammiti zamanı imzalanması gözlənilir.
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda”nın efirində aparıcı Veronika Kraşeninnikova Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaq niyyətinə görə tənqid edib.
Kraşeninnikova bildirib ki, Avrasiya İttifaqı və KTMT üzvü, eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi olan Ermənistan Ukraynanın izi ilə gedir.
O, həmçinin Ermənistanda iqtidarda olan və ölkənin xarici siyasətinə görə məsuliyyət daşıyan Respublikaçılar Partiyasını da tənqid edib. Onun sözlərinə görə, partiyanın gerbi faşist Almaniyasının gerbinə oxşayır. Bundan başqa o, öz baxışları ilə partiyanın ideologiyasının əsasını qoymuuş dövlət və hərb xadimi Qaregin Njdeni faşizm davamçısı adlandırıb:
“Assosiasiya Ermənnistanın Ukrayna kimi etdiyi yeganə şey deyil. Buna inanmaq çətin olsa da, Yerevan da faşizm dəstəkçilərini qəhrəmanlaşdırır. 2016-cı ilin mayında Yerevanda Qaregin Njdeyə abidə qoyulub. 1942-ci ildə Njde Üçüncü Reyxə müarciət edərək sovet Ermənistanını Almaniya koloniyasına çevirməyi xahiş edib. Njdeyə qoyulmuş abidə Böyük Vətən Müharibəsində qəhrəmanca döyüşən bütün erməni xalqı üçün təhqirdir. 106 nəfər erməni Sovet İttifaqı qəhrəmanı olub, Njde isə hakim Respublikaçılar Partiyası üçün qəhrəmandır”.
Ermənistanın Respublikaçılar Partiyasından bildiriblər ki, bu vəziyyət onları artıq təəccübləndirmir, çünki Rusiyanın bu cür çıxışları Qaragin Njdeyə abidə qoyulan gündən başlayıb. Məsələ abidəni sökmək çağırışlarına qədər gedib çıxıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova abidənin açılışından sonra bildirib: “Moskva Yerevanda “Ermənistan legionunun” yaradıcılarından biri olan vermaxt generalı Qaregin Njdeyə abidə ucaldılmasına təəccüblənir”. Zaxarova Rusiyada Böyük Vətən Müharibəsinə, nasizmə, neonasizmə və ekstremizmə olan münasibəti xatırladıb:
“Bu münasibət beynəlxalq sənədlərdə təsbit edilib. Sözügedən abidənin hansı səbəbdən quraşdırıldığı bizim üçün aydın deyil, axı biz erməni xalqının qəhrəmanlığı haqda bilirik, bu, erməni xalqının Böyük Vətən Müharibəsində, İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqdır”.
Az əvvəl Dövlət Dumasının deputatları, Rusiya İctimai Palatasının üzvləri, ekspertlər və hüqquqşünaslardan ibarət bir qrup bəyan etmişdi ki, BMT Beynəlxalq Məhkəməsinə müraciət edərək postsovet ölkələrində faşızm davamçılarına ucaldılmış abidələrin sökülməsini tələb edəcəklər.
“Məgər Qaregin Njdenin xairəsinin əbədiləşdirilməsi faşizm marionetlərinin qəhrəmanlaşdırılması deyilmi?” – layihə təşəbbüskarlarından biri Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.
Rusiyadan gələn bəyanatların cavabında Ermənistan Parlamentinin Respublikaçılar fraksiyasının rəhbəri Bahram Bağdasaryan bildirib ki, Ermənistan gizlin addım atmayıb və Avrasiya İttifaqına daxil olanda ölkə qarşısında Avropa İttifaqı ilə əməkdaşlıq etməmək haqda şərt qoyulmaylb.
“Biz xəbərdarlıq etmişdik ki, “həm-həm də” siyasəti ilə hərəkət edəcəyik. Biz həm AAİİ ilə, həm də Aİ ilə əməkdaşlıq edirik və biz uyğun nöqtələr tapa bildiyimiz ölkələrlə də əməkdaşlığı davam etdiririk”, – Bağdasaryan bildirib.
Ermənistanın Respublikaçılar Partiyasının digər üzvü Vazgen Qaraxanyan bildirib ki, ERP-nın rəmzinin faşizm və faşist ideologiyası ilə heç bir əlaqəsi yoxdur:
“Əgər onlar svastikanı nəzərdə tuturlarsa, deyim ki, bunun qədim tarixçəsi var. Əbədiliyi, nurla zülmətin mübarizəsini əks etdirən rəmz mövcud olanda faşist Almaniyası hələ yox idi. Bu tele-aparıcının sözlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur, bu manipulyasiyadır”.
Onun fikrincə, bu cür söhbətlər partiyanın yanaşmasını dəyişməyəcək. ERP-nın gerbində Gitler Almaniyasının gerbində olduğu kimi qartal təsvirinin olduğuna gəlincə, Qaraxanyan bunları deyib: qartal quşların şahıdır, bu rəmz erməni xalqının azadlıqsevərliyinin rəmzidir, uçuşu, azadlığı göstərir və onun azad həyat hüququnun əlindən alınması cəhdləri heç vaxt uğurla nəticələnməyəcək.